Ölkə futbolu
Elxan Məmmədov: "Lüksemburq Futbol Federasiyası, "Düdelanj" və stadion məsuliyyət daşıyır"
"Dünənki oyunda futbolçularımız doğrudan da əzmkarlıq, böyük peşəkarlıq göstərdilər. Səfərdə oynamaq hər zaman çətindir. Buna baxmayaraq, komandamız 4 qol vura bildi. Bu, böyük qələbədir. Çünki adi oyun deyildi. "Qarabağ" klubu artıq Avropa Liqasının qrup mərhələsində oynayır. Bu, artıq ənənəyə çevrilib ki, "Qarabağ" və ümumiyyətlə, klublarımız avrokubokların qrup mərhələsində təmsil olunurlar. Bu da çox vacib amildir və xalqa da böyük ruh verir".
Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov AzTV-də yayımlanan "Hədəf" verilişində "Qarabağ"ın Lüksemburqda "Düdelanj" üzərində 4:1 hesablı qələbə qazandığı Avropa Liqasının II tur matçı barədə danışarkən deyib. Milli Assosiasiya rəsmisi bildirib ki, oyun zamanı stadion üzərinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının dronla gətirilməsi çox ciddi məsələdir. O, AFFA olaraq, bəyanat yaydıqlarını və digər beynəlxalq qurumlara, o cümlədən, UEFA-ya üzv olan digər 54 milli assosiasiyaya göndərdiklərini vurğulayıb: "Onlar özləri də yəqin ki, klublarına göndərəcəklər. Əlavə olaraq, UEFA rəhbərliyinə və İntizam Komitəsinə rəsmi etiraz məktubu gedib. Həmin məktubda tələb etmişik ki, məsələyə müvafiq qaydada baxılsın və "Jozi Bartel" stadionuna, "Düdelanj"a qarşı sanksiyalar tətbiq olunsun. Amma araşdırmalar mütləq aparılmalıdır".
E.Məmmədov baş vermiş hadisədə təhlükəsizliyə cavabdeh şəxslərin məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb: "30-cu dəqiqədə stadiona idarə edilən dron daxil olub. Əvvəllər - 2014-cü ildə keçirilmiş Serbiya - Albaniya matçında belə hal baş vermişdi. O zaman da böyük qalmaqal yaranmışdı. Doğrudan da çox kritik vəziyyət idi. Həmin vaxt matçı dayandırdılar və qərar qəbul etdilər ki, oyun davam etdirilməsin. Daha sonra ciddi sanksiyalar tətbiq olundu. Bu hadisənin ardından UEFA belə məsələlərə çox ciddi yanaşdı və qadağa qoydu ki, artıq heç bir çəkiliş də etmək olmaz. Müraciət gələcəyi təqdirdə də matçdakı UEFA nümayəndəsinin icazə verməyə səlahiyyəti yoxdur. Buna birbaşa UEFA-nın ofisindən icazə verilə bilər. Təbii ki, dünən baş verən hadisə qanunsuzluq və təhlükəsizlik baxımından böyük səhv idi. Dron bir neçə dəqiqə futbolçuların üzərində uçuşa davam etdi. Bizdə yazı və sübutlar var ki, həmin dron 10 dəqiqəyədək stadion üzərində olub. Təbii ki, bu çox böyük təhlükə yaradır. Bunu etiraz məktubunda da bildirmişik. Çünki bu dron idarə olunduğundan, istiqaməti dəyişə və birbaşa futbolçuların üzərinə uça bilərdi".
Baş katib törədilmiş hadisəni böyük və ciddi siyasi təxribat adlandırıb: "Biz etirazımızı bildirəndə hamısını qeyd edirik. UEFA-nın kitabça formasında xüsusi buraxılışı hər oyundan bir həftə əvvəl qurumun nümayəndəsinə təqdim olunur. Orada qondarma qurumların, digər təxribatçı qrupların "bayraq"larının şəkilləri, təxribatçı sözlər və mesajlar da yer alıb. Onların arasında məhz həmin parçanın da şəkli əksini tapıb. Yəni, bunu təhlükəsizlik xidmətləri də bilir. Çünki onlara öncədən də təlimat keçirlər".
AFFA rəsmisi hadisə ilə əlaqədar "Düdelanj" klubu, Lüksemburq Futbol Federasiyası və "Jozi Bartel" stadionunun cəzalandırılacağını əlavə edib: "Dron havada uçsa da, daxildən pultla idarə olunur. Təbii ki, təhlükəsizlik xidmətinin böyük səhvi var. Üstəlik, "Düdelanj" klubu rəhbərliyi də əməkdaşlığa ciddi həvəs göstərməyib. Bununla əlaqədar, təbii ki, rəqib klub cəzalandırılacaq. Çünki UEFA-nın birmənalı intizam qaydaları var. Klub birbaşa 16-cı maddəni pozub. Eyni zamanda Lüksemburq Futbol Federasiyası və "Jozi Bartel" stadionu da məsuliyyət daşıyır".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
03.11.2026
02.11.2026
01.11.2026
























