4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

“Qarabağ”dan “Düdelanj”a 4 qol

UEFA Avropa Liqası turnirində mübarizə aparan "Qarabağ" bu gün qrup mərhələsində ikinci oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu Lüksemburqda “Düdelanj”ın qonağı olub.

Rəqibini 4:1 hesabı ilə darmadağın edən "Qarabağ" cari mövsüm qrup mərhələsində ilk qələbəsini, ilk xallarını qazanıb. 

Qeyd edək ki, matçın ilk yarısında erməni təxribatı ucbatından 20-25 dəqiqəlik fasilə yaranıb.

Qrupun digər oyununda "Sevilya" APOEL-i 1:0 hesabı məğlub edib. Bu nəticələrdən sonra "Sevilya" 6 xalla qrupun lideridir. "Qarabağ" isə 3 xalla ikinci pillədə qərarlaşıb. Növbəti turda Ağdam klubu Bakıda xalsız APOEL-i qəbul edəcək. 

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

3 oktyabr

“Düdelanj” (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) 1:4 

Qollar: Zubir, 11 (0:1), Miçel, 30 (0:2), Almeyda, 37-pen (0:3), Kintana, 69 (0:4), Bernier, 90 (1:4)

Qırmızı vərəqə: Qaros, 62 ("Düdelanj")

Baş hakim: Con Biton (Şotlandiya)

Lüksemburq. "Stade Josy Barthel"

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31