14 Yanvar 2026, Çərşənbə
Kaxaber Sxadadzedən qələbə şərhi
"Neftçi" bu dəfə heç-heçə etdi
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi

Ölkə futbolu

Aftandil Hacıyev: "Getmək lazım olsa...”

"İki fərqli hissə izlədik. Rəqibi təbrik edirəm. İlk hissədə qaçırdığımız qol epizodları oldu. Fasilədən sonra üstünlüyü əldən verdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Sabah"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, 0:3 hesablı məğlubiyyəti belə şərh edib: "Qol epizodlarının reallaşdırılması üzərində işləməliyik. İlk qol fərdi səhv idi. Bundan sonra toparlana bilmədik. Ehtiyat qüvvədən yararlanmağa çalışdıq. 2-3-cü qolları isə son dəqiqələrdə buraxdıq. Bu oyunu təhlil edib, səhvləri aradan qaldırmalıyıq.

Rəqibin qələbəsi yox idi. Bizə qarşı fərqli motivasiya ilə oynayacaqlarını bilirdik. Şanslardan istifadə edə bilsəydik, fərqli oyun olardı. Bu gün “Səbail”lə “Sabah”ın klub olaraq fərqi çoxdur".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31