7 Dekabr 2025, Bazar günü
“Zirə” “Qarabağ”ı qəbul edir
DÇ-2026-nın püşkü atıldı (YENİLƏNİB)
Azər Bağırov: “Qələbəyə çox inanırdım”
Saşa İliç: “Cəzam çox ağırdır”

Ölkə futbolu

"Neftçi" Azərbaycanın aktivinə növbəti reytinq xalını yazdırıb

"Neftçi" klubu UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalını yazdırıb.

Futbolxeber.az saytının məlumatına görə, bu, Avropa Liqasında İsrail "Bney Yehuda"sı ilə 2:2 hesablı heç-heçə ilə nəticələnmiş III təsnifat mərhələsinin ilk görüşündən sonra baş verib. Bu nəticə ölkə reytinqinə 0,125 xal gətirib. Bununla da Azərbaycanın xalları 17,500-ə çatıb.

Lakin reytinq siyahısında irəliləmək mümkün olmayıb. Daha irəli pillələrdəki ölkələrdən İsrailin 19,125 xalla 23-cü, Belarus 18,375 xalla 24-cü, Qazaxıstan 18,250 xalla 25-cidir.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" Kiprdə APOEL üzərində 2:1 hesablı qələbə sayəsində Azərbaycana 0,250 xal qazandırıb. Bu mövsüm əldə olunmuş 2,125 xalın 1,125-i (4 qələbə, 1 heç-heçə) "Neftçi"yə, 1,000-ı (3 qələbə, 2 heç-heçə) isə "Qarabağ"a məxsusdur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31