Ölkə futbolu
Petrov: “Hakimi əvəzləsəydilər, bəlkə də, biz qalib gələ bilərdik”
“Neftçi”nin müdafiəçisi Kiril Petrov Avropa Liqasının III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdikləri ilk oyundan ( 2:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matçı şərh edib:
- Bu, futboldur, hər şey baş verə bilər. Əvvəlcədən hesab təxmin etmək doğru deyil. Rəqib əks-hücumlara üstünlük verir. Bunu bilirdik, amma səhvlərə yol verdik. Yaxşı ki, 2 qol vurub oyuna qayıtdıq. Artıq onlara qarşı cavab görüşündə necə oynayacağımızı bilirik.
- “Arsenal”ı keçdiyiniz üçün komandada eyforiya yaşanırdı?
- İki mərhələ keçdiyimizə görə komandada eyforiya yoxdur. Bu komandanı tanımasaq da, bir neçə matçlarına baxmışdıq və necə bir kollektivə qarşı oynayacağımızı bilirdik. "Sperantsa" və "Arsenal"a qarşı necə hazırlaşmışdıqsa, bu dəfə də elə idi.
- Daha beş dəqiqə oynasaydınız, qalib “Neftçi” ola bilərdi?
- Hakim əlavə 5 dəqiqə əlavə etsəydi və referini əvəzləsəydilər, bəlkə də, biz qalib gələ bilərdik.
- Hakim niyə “Neftçi”yə qarşı aqressiv idi? “Bney Yehuda” oyuna rahat şəkildə uzada bilirdi...
- Deməzdim ki, bizə qarşı aqressiya olub. Sadəcə, o, oyunu lazım olan şəkildə idarə edə bilmədi. Özü FİFA referisidir, amma ali futbol qurumunun səviyyəsində oyun idarə edə bilməyib. Öz azərbaycanlı hakimlərimizdən şikayət ediriksə, bu referidən nə deyək?
- “Neftçi” İsraildə mərhələni keçə biləcək?
- Futbolçularının idmançıya yaraşmayan hərəkətlərinə görə "Bney Yehuda"nı cəzalandırmalıyıq. Futbol vaxtı uzatmaq, qulağını, ayağını tutub meydanda uzanmaq deyil. Onlara futbolun nə olduğunu göstərməliyik.
- Onların bu hərəkəti sizi daha da motivasiya etdi və bərabərlik qolunu vurdunuz...
- Məncə, hakim rəqibə belə oynamağa imkan verdi. Təbii ki, bu amil bizi motivasiya etdi. İsraildə burda ikinci hissədə oynadığımız oyunu nümayiş etdirəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:34
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
16:29
PFL sponsorluqla bağlı 3-4 şirkətlə danışıqlar aparır
-
16:18
PFL rəsmisi: “Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”
-
16:03
“Neftçi”dən Surinam millisinə
-
15:36
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
-
14:52
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi
-
14:21
Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
-
13:47
Azərbaycan Kubokunun püşkü atıldı FOTOLENT
-
13:00
Millimizin heyəti açıqlandı
-
12:15
“Turan Tovuz”un legioneri Azərbaycan millisi ilə oyuna çağırıldı
-
11:59
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
-
11:34
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
-
11:08
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:43
Hasan Şaş saxlanıldı
-
10:22
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
-
09:56
"Yuventus"dan darmadağın VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Beşiktaş" "Marsel"ə şans tanımadı VİDEO
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
19.09.2026
18.09.2026
17.09.2026























