Ölkə futbolu
Rauf Əliyev: “Bu qələbə bizə inanmayanlara cavab oldu”
"Neftçi"nin futbolçusu Rauf Əliyev Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, 30 yaşlı hücumçu öncə oyunu şərh edib.
- Nəticə gözlənilməz oldu. “Arsenal” kimi komandaya 3:0 hesablı qalib gəlmək çox yaxşı nəticədir. Əsas odur ki, mərhələni keçdik. Bizə inanmayanlara cavab oldu. Çox adam inanmırdı. Ruslar da inamırdı ki, “Neftçi” bu mərhələni keçər. Ancaq biz mərhələni adladıq, sevinirik.
- Komanda hansı hesaba oynayırdı?
- Əsas odur ki, turu keçək. Hər şey istədiyimiz kimi oldu.
- “Neftçi”nin ilk dəqiqələrdəki oyunu media mənsubları və azarkeşlərdə bir qədər inamsızlıq yaratmışdı. Bu, həyəcandan irəli gəlirdi?
- Gözləyirdik ki, “Arsenal” ilk dəqiqələrdən təzyiq edəcək. Rəqib də belə başladı. Ola bilər ki, azarkeşlərimiz önündə bir az həyəcan vardı. Müəyyən top itkiləri olurdu. Ancaq əsas sonluqdur və biz də buna nail olduq.
- Rəqib futbolçusu Gia Qriqalava ilk oyunda olduğu kimi, yenə də sizinlə tez-tez mübahisə edirdi. Sizi təxribata çəkirdi?
- Xeyr, əksinə idi. Mənimlə daha yaxşı idi. Yaxşı söhbətlər olurdu. Hər şey meydanda qaldı, biz qalib gəldik.
- Qol epizodunda soyuqqanlı davrandın. Həyəcanlı deyildin?
- 21 yaşımız yoxdur ki, belə anda həyəcanlanaq. Şükürlər olsun ki, hər şey yaxşı oldu, qol vurduq, komanda qalib gəldi. Uşaqlar meydanda yaxşı mübarizə apardı. Hər şey əladır!
- Qol vurmamağın səni sıxırdı?
- Əlbəttə, istər-istəməz bunun təsiri olur. Hücumçusan və hər kəs səndən qol gözləyir. Bir az rahatlaşdım.
- Növbəti raundda rəqibiniz İsrailin “Bney Yehuda” klubu olacaq. Çoxları fikirləşir ki, bu komanda “Arsenal”dan daha zəifdir. Sizin fikirləriniz necədir?
- O qədər də məlumatımız yoxdur. “Arsenal”la oyunlara köklənmişdik. Yəqin ki, sabahdan maraqlanarıq. Bizi üçüncü mərhələdə gözləyirlərsə, bu da onların gücündən xəbər verir. Yəqin ki, məlumat toplayacağıq.
- Mərhələ keçdikcə inam artır. Qruplara düşəcəyinizə inamınız var?
- Yavaş-yavaş, mərhələ-mərhələ fikirləşsək, daha yaxşı olar. Qrup mərhələsini düşünmək də futbolçuya zərbə vura bilər. İsrail təmsilçisini fikirləşməliyik.
- “Neftçi”nin “Arsenal”ı məğlub etməsi Azərbaycan çempionatının Rusiya Premyer Liqası üzərində qələbəsi kimi adlandırmaq olar?
- Gəlin, bu çempionatları bir etməyək. Rusiya Premyer Liqasının səviyyəsi bəllidir. “Arsenal” Rusiyanın orta səviyyəli komandasıdır. Biz qalib gəldik, ancaq o demək deyil ki, “Neftçi” Rusiya çempionatından yüksəkdir. Əlimizdən gələni etdik, qalib gəlib, mərhələ adladıq. Hər şey əladır (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
25.10.2026
24.10.2026
23.10.2026
























