Ölkə futbolu
ƏN YENİ TARİX ÜÇÜN! - QEYD
Bu gün “Qəbələ” Avroliqada mübarizəyə qoşulur. 4 il öncəki kimi, rəqib yenə də Tbilisi “Dinamo”sudu. 2015-ci illə müqayisədə dəyişməyən sadəcə rəqibin adıdı. Əvəzində “Qəbələ” çox dəyişib.
Bu gün “Qəbələ”nin Tale Heydərov kimi imkanlı, səxavətli prezidenti yoxdu. Əvəzində uzun illərdi klubda çalışan, “Qəbələ”nin uğuru üçün əlindən gələni edən Fariz Nəcəfov var. Bu gün “Qəbələ”nin Odessadan Qəbələyə qədər ROMAN yazan Qriqorçuku yoxdu. Əvəzində ukraynalı mütəxəssis də daxil olmaqla bir neçə təcrübəli məşqçinin yanında püxtələşmiş Sənan Qurbanovu var. Bu gün “Qəbələ”nin Səbuhi Səfiyarlı kimi gözəgörünməz “təcili yardım”ı yoxdu. Əvəzində Zaur Əzizov, Səməd Nəsibov, Anar Hacıyev yenə də iş başındadı. Bu gün “Qəbələ”nin komandanı atıb gedən Cavid Hüseynovu, Elvin Camalovu (siyahını uzatmaq da olar) yoxdu. Əvəzində o forma üçün canını verməyə hazır olan gəncləri var. Bu gün “Qəbələ”nin Antonov, Zenyov, Qay, Bezotosnı kimi bahalı legionerləri yoxdu. Amma yenə də klub rəhbərliyi aşağı məbləğlə də olsa heyəti əcnəbilərlə gücləndirə bilib. Bu gün klubda Toni Adams, Mustafa Aztopal kimi yüksək məvacibli əməkdaşlar yoxdu. Amma “Qəbələ” yenə də var.
Maliyyə sıxıntılarının olması, əvvəlki kimi komandanın yağ-bal içində üzmədiyi çoxdan məlumdu. Amma bütün çətinliklərə baxmayaraq, “Qəbələ” 2 ay əvvəl ölkə kubokunu qazanmaqla tarix yazdı. Komanda daha əvvəl də tarix yazıb. 2 dəfə Avroliqanın qrupuna düşməklə, “Panatinaikos”, “Lill” kimi klubları mübarizədən kənarlaşdırmaqla, Dortmund “Borussiya”sını Bakıya gətirməklə. Bu gün isə “Qəbələ” ən yeni tarixi yazmalıdı.
Bu gün ən çox dəstəyə ehtiyacı olan avrokubok təmsilçimiz “Qəbələ”di. Komandanı onsuz da atanlar atıb, gedənlər gedib. “Qəbələ”nin azarkeş sarıdan bəxti heç vaxt gətirməyib. Komanda ən yaxşı vəziyyətində belə, ev oyunlarında tribunalar hər zaman dolmayıb. Amma bu gün Qəbələ şəhər stadionunda 4 il öncəki kimi anşlaq olmalıdı. Əziz qəbələlilər, siz komandanı tək qoymayın, inanın ki, sonda yenə də stadionu 4 il əvvəlki kimi şən əhval-ruhiyyədə tərk edəcəksiz. Qəbələ camaatının bu gün sevimli komandasını tək qoymağa haqqı yoxdu. Kim bilir, bir də Qəbələdə avrokubok oyunu nə vaxt olacaq...
Son vaxtlar Gürcüstanla Azərbaycan arasında Keşikçi dağ məsələsinə görə xoşagəlməz hallar yaşanır. Futbolda onsuz da son illər gürcülərlə klub səviyyəsində oyunlarımız demək olar ki insidentsiz keçmir. “Neftçi”nin “Çixura” ilə, “Qəbələ”nin 4 il əvvəl elə “Dinamo” ilə oyunlarında gürcülərin törətdikləri təxribatı azarkeşlər yaxşı xatırlayır. Bu gün hər şeyin ən yaxşı cavabı “Qəbələ”nin qələbəsidi. Və komanda bu qələbəni məhz azarkeşlərin möhtəşəm dəstəyi sayəsində qazanmalıdı. Uğurlar, “Qəbələ”! İrəli, ən yeni tarix üçün!
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Nuriyev Macarıstan klubunda
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Zirə”də gözlənilməz ayrılıq
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
-
12:00
“Çelsi” bu qapıçı üçün 60 milyon avro ödəməyə hazırdır
-
11:39
"Gəncə"də yeni müqavilə
-
11:14
Amerikalı hücumçu Azərbaycan klubunda
-
10:51
Həsən Zeynalov: “Voleybolda qazandığımız uğur bizi futbola gətirdi”
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:02
"LANDAU Lions" amerikalı legionerlə güclənib
-
09:45
“Sabahın Ulduzları”nda dəyişiklik: "Şəfa" getdi, bu komanda gəldi
-
23:33
Ehtiram Quliyev: "Daha güclü "Turan Tovuz" görəcəyik"
-
23:00
Sxadadze: "Yeni mövsümə heç 70 faiz də hazır deyilik"
-
21:56
Ehtiram Quliyev: “Keçmişdə nələrin baş verdiyi haqqında düşünmürük”
-
20:27
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
-
20:08
"Turan Tovuz" 2 milyon dollarlıq tərəfdaşlıq müqaviləsi imzaladı
-
19:44
“Karvan-Yevlax”dan yeni transfer
-
18:31
Kluyvertin oğlu “Barselona”da debüt etdi
-
18:15
"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verib
-
17:57
Zamiq Əliyev yenidən klubunun düşərgəsində
-
17:22
Azərbaycan atıcısı Avropa çempionatının finalına yüksəlib
-
17:00
“Kəpəz” moldovalı yarımmüdafiəçi transfer edib
-
16:43
Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
16:16
“Gəncə”dən yeni transfer
-
15:58
I Liqada 2026/2027 mövsümünün püşkü atıldı VİDEO
-
15:24
Yunuszadə Türkiyə klubunda
-
15:01
II Liqa klubunda yeni qapıçı
-
14:39
"Karvan-Yevlax" iki futbolçu ilə vidalaşıb
-
14:15
Bakıda dünya çempionatında AMADA-nın maarifləndirmə proqramı keçirilib
-
13:52
Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib
-
13:27
Xuraman Alimovanın yeni klubu bilindi
-
13:00
"Fiorentina" "Yuventus"un müdafiəçisini icarəyə götürdü
-
12:43
Ronaldo Azərbaycan klubundan ayrıldı
-
12:06
“Ayaks” Ter Ştegeni heyətinə qatdı
-
11:38
Miron Markeviç: "Qarabağ" mütləq məğlub etməli olduğumuz rəqibdir"
-
11:14
Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:29
"Real"ın hücumçusu İngiltərə klubunda
-
10:05
ABŞ klubu Axundzadənin müqaviləsindəki detalları açıqladı
-
09:47
“Yuventus” müdafiəçi transfer edir
-
00:32
Nəriman Axundzadə Türkiyə klubuna keçir
-
21:40
"Neftçi" ölkə çempionatının hazırlığına start verdi FOTOLENT
-
20:24
Şeydayevin yeni klubu müəyyənləşdi
-
20:09
"Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
-
19:52
Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
-
18:36
"Neftçi"də yunan baş məşqçi vəzifəsinə təyin edib
-
18:17
Azərbaycan velosipedçisi Çində uğurlu nəticə göstərib
-
17:43
“Sumqayıt”da braziliyalı hücumçu
-
16:55
“Səbail” Rahid Əmirquliyevi transfer etdi
-
16:28
Konfrans Liqası: “Qarabağ”ın potensial rəqibi bilindi
-
16:21
“Zirə”də gözlənilməz ayrılıq
-
16:00
Lukaku “Napoli”ni tərk etməyə hazırlaşır
-
15:34
"Turan" Cənubi Koreya millisinin üzvünü heyətinə qatıb
-
15:19
“Milan” “Fənərbağça”nın təklifini geri çevirdi
05.08.2026
04.08.2026
03.08.2026























