25 Oktyabr 2026, Bazar günü
Millimiz Andoraya qalib gəldi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi

Ölkə futbolu

Emil Balayev: "Liderliyə yüksəldiyimiz üçün şadam"

"Tobol"un futbolçusu Emil Balayev Qazaxıstan çempionatının XVIII turunda “Ordabası” ilə qarşılaşdıqları oyundan sonra açıqlama verib.
 
Fubolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan Azərbaycan millisinin qapıçısı 0:0 hesabıyla bitən matç haqda bunları deyib:
 
"Bir neçə gün əvvəl Lüksemburqun “Jeness Eş” klubu ilə çətin oyun keçirdik. Bunu unudub, qısa zamanda “Ordabası” ilə matçın hazırlığına başladıq. Bizə çətin olacağını bilirdik. “Ordabası”nın intizamlı komanda olduğunu və maksimum nəticə əldə etmək üçün sona qədər mübarizə aparmalı olduğumuzu başa düşürdük. Hər iki komandanın da şansları oldu. Nəticənin ədalətli olduğunu düşünürəm. Liderliyə yüksəldiyimiz üçün şadam. İndi turnir cədvəlindəki bu mövqeyimizi qorumaq üçün çox çalışmalıyıq”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31