Ölkə futbolu
Tərlan Əhmədov: "Bunu şiirtməyə lüzum yoxdur"
"Keşlə" Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. Futbolxeber.az saytının məlumatına görə, klubun baş məşqçisi Tərlan Əhmədov hazırlıq, keçirilən yoxlama matçları və transferlər barədə klubun mətbuat xidmətinə müsahibə verib.
- Tərlan müəllim, təlim-məşq toplanışının böyük hissəsi artıq arxada qalmışdır. Hazırlıq dövründə qarşısınıza hansı məqsədləri qoymuşdunuz və düşündüklərinizi həyata keçirə bildinizmi?
- Toplanışda birinci məqsədimiz komandanın fiziki hazırlığını pik nöqtəyə çatdırmaqdan ibarət idi. Bundan sonra taktiki mərhələ başlayırdı. Bakı toplanışından sonra artıq 10-cu gündür Antalyada hazırlıqlarımızı davam etdiririk və Türkiyə hazırlığı çərçivəsində iki oyun keçirmişik. Taktiki məşqlər gedir və demək olar ki, istədiyimiz bəzi taktiki gedişləri, sistemdəki dəyişiklikləri həyata keçirdik. Bəzi səhvlər var idi ki, son iki yoxlama oyununda onlara daha çox diqqət ayırdıq və sonrakı məşqlərdə üzərində işləməyə başladıq. Ümumilikdə götürsək, komandanın 2-ci yoxlama matçında fiziki hazırlıq vəziyyəti qənaətbəxş idi və gördüyümüz iş müsbət istiqamətə doğru gedir. Bəzi taktiki məsələlər var ki, onların üzərində işlədik. Keçirdiyimiz son iki yoxlama matçında fərqli heyətlə və fərqli sistem və taktika ilə meydana çıxdıq. Ona görə ki, bizi çempionatımızda on dörd oyun gözləyir və bütün oyunların maraqlı, eyni zamanda, çətin olacağını düşünürük. Bu baxımdan son iki oyunda, ümumilikdə, gördüyümüz işlərdə taktiki və sistem dəyişikliklər üzərində çalışdıq.
- Hava şəraiti məşqlərdə çətinlik yaratdımı? Bu məqam məşq planına necə təsir göstərdi?
- Söz yox, problem olur və oldu. İki günlük bizdə problem oldu, amma bu iki gün ardıcıl olmadı. Həmin günlərdən də səmərəli istifadə etdik, yəni bir gün sırf fitnes məşqləri etdik. Digər problem yanvarın 22-də baş verdi. Ancaq həmin gündən də maksimum istifadə etməyə çalışdıq. Sadəcə, məşqin mahiyyətini dəyişdik, zamanı qısaltdıq və taktiki tapşırıqlar yox, tamamilə başqa tapışırıqlar üzərində işlədik. Hər halda vəziyyət nə bizdən, nə təşkilatçılardan asılıdır, bu, təbiət hadisəsidir və bu vəziyyətdən səmərəli istifadə etməliyik.
- Toplanış çərçivəsində keçirilmiş iki yoxlama matçı barədə təəssüratınız necədir?
- Açığı deyim ki, ilk yoxlama matçında, komandada ağır yükləmələrdən sonra gedişatı hiss etmək olurdu. Öncə qeyd etdiyim kimi, hər iki oyuna fərqli sistem və taktika ilə meydana çıxmışdıq, çünki çempionatda bizi fərqli sistem və taktika ilə oynayan komandalarla oyunlar gözləyir. Baxmayaraq ki, komandamız 1-ci oyunda ağır yükləmələrdən sonra meydana çıxmışdı. Ancaq buna baxmayaraq komandanın meydandakı hərəkətindən çox razı qaldım. 2-ci oyunda komanda ilk oyunla müqayisədə daha çox hərəkətli idi. 1-ci hissədə komandadan istədiyim oyunu görmüşdüm, amma bəzi məqamlarda çatışmazlıq var idi ki, onlar da zamanla aradan götürüləcək. Qarşıda hələ iki yoxlama oyunu var. 2-ci hissədə heyətdə 4-5 nəfər dəyişdikdən sonra sistemdə də dəyişiklik etdik ki, başqa sistem üzərində də çalışaq və sonda bu sistemdə bəzi çatışmazlıqlar ortaya çıxdı və onların üzərində işləməliyik. Ümumilikdə götürsək, komandada tərəqqi böyükdür. İlk və 2-ci yoxlama matçlarında böyük irəliləyiş var. Həm fiziki, həm komanda oyunu planında inkişaf var ki, bu da bizi çox sevindirir.
- Transferlər barədə nə deyə bilərsiniz?
- Bilirsiniz ki, bu günədək üç futbolçu ilə müqavilə imzalamışıq. İkisi yerli futbolçudur: Emin Mehdiyevi və Vüsal İsgəndərlini komandamızın heyətinə cəlb etmişik. Emin Mehdiyevi “Neftçi”də çıxış etdiyi zamandan tanıyıram. Onun oyununa bələdəm və azərbaycanlıdır, istəyirəm ki, bizə köməyi dəysin. Vüsal İsgəndərli də “Zirə”də çıxış edirdi və biz onu komandamıza dəvət etmişik. 3-cü transferimiz legionerdir, Con Kamara, hansı ki, Qazaxıstanın “Kaysar” komandasında çıxış edirdi. Həmin mövqeyə bizə təklif edilən ən optimal oyunçu məhz Kamara idi. Məşqçilər korpusu onu komandaya dəvət etdi. İki əcnəbi futbolçu da cəlb oluna bilər. Ən çox da istədiyimiz “pleymeyker”dir, onun axtarışları davam edir. Bu məsələdə tələsmək də istəmirik, çünki həmin mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik. Yaxın günlərdə hansı futbolçunun komandaya cəlb olunacağı bilinəcək.
- Mergim Brahimi adlı futbolçu komandada baxışda oldu və ilk yoxlama matçında meydana da çıxdı. Bu məsələdə nə yenilik var?
- Onun çox yaxşı futbolçu kayrerası var. Yunanıstanda və İsveçrədə oynayıb, amma ümumilikdə götürsək, uzun zamandır futbol oynamır və çox ümidli idim ki, bəlkə o, bizə kömək edə bilər. Onun 6 ay futbol oynamaması mənim üçün problem yaradırdı. Amma hələ heç nə bitməyib, hələlik axtarışdayıq və hər zaman hər şey ola bilər. Çalışırıq ki, daha yaxşı futbolçunu cəlb edək. Brahimi haqqında mətbuatda bəzi məlumatlar yayılmışdı, onun kosovalı olduğu bildirilmişdi. Nəzərinizə çatdırmaq istəyirəm ki, o, kosova mənşəlli İsveçrə vətəndaşıdır. Onun Albaniya və İsveçrə pasportu da var. Brahiminin əsli-kökü kosovalıdır və bunu şişirtməyə lüzum yoxdur. Onun bizim komandaya cəlb olunması məsələsi hələlik açıq qalır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
- “Tuluza”nın yetirməsi “Sumqayıt”da
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
-
10:34
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub
-
10:16
Qeylen Smit Azərbaycan klubuna qayıdıb
-
10:00
Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan milliləri: 5-ci və 16-cı
-
09:48
“D”-də çabalamaqdan yuxuda diksinməyə qədər…
-
09:29
Yeton Bekiri: “Daha yaxşı “Qəbələ” görəcəyik”
-
22:00
Emreli millimizi məğlubiyyətdən xilas etdi VİDEO
-
19:46
“Qəbələ” “Karvan-Yevlax”ın müqavimətini qıra bilmədi
-
18:55
Millimiz Litva ilə heç-heçə etdi
-
18:07
“Araz-Naxçıvan” uduzdu
-
11:41
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
-
11:23
NTD bir neçə basketbolçu ilə yollarını ayırıb
-
10:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:34
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
-
10:19
“Neftçi” hazırlığını davam etdirir
-
10:06
İngiltərə – İspaniya matçında 5 qol VİDEO
-
09:42
Gimnastlarımız dünya çempionatında bürünc medal qazanıblar
-
16:49
Formula 1 Azərbaycan Qran-prisinin qalibi məlum oldu
-
16:00
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
-
15:51
"Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
-
14:27
"Formula 1" üzrə Azərbaycan Qran-prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
12:38
“Neftçi”nin üzvü Hondurasa qol vurdu, komandası qalib gəldi VİDEO
-
12:09
"Formula 2": Rafael Kamara Bakıda qalib oldu
-
11:45
"Qarabağ"ın legioneri millisinə qələbə qazandırdı VİDEO
-
11:23
“Neftçi”nin yarımmüdafiəçisi Burkina Fasodan 1 xalla qayıtdı
-
10:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
Boks millimiz Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
10:17
“Qarabağ” və “Zirə”nin futbolçuları Seneqala qarşı oynadılar
-
10:00
Türkiyə öz meydanında Fransaya uduzdu VİDEO
-
09:41
"Zirə" də Çempionlar Liqası ilə vidalaşdı
-
09:24
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
28.09.2026
27.09.2026
26.09.2026
























