7 Mart 2026, Şənbə
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər
Kubokda yarımfinalçılar müəyyənləşdi
Azər Bağırov: “Bu, adamı üzür”

Ölkə futbolu

Pedro Enrike "Qarabağ"a qayıtmayacaq

"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan Qazaxıstan "Astana"sının düşərgəsinə qoşulub. 
 
Futbolxeber.az saytının məlumatına görə, braziliyalı futbolçu icarədə olduğu komandada hazırlıq keçməyə başlayıb. Halbuki bir neçə gün əvvəl o, müqavilə üzrə məxsus olduğu Yunanıstan PAOK-una qayıtmaq istədiyini bildirmişdi. Enrikenin "Astana" ilə müqaviləsi 2019-cu ilin yayınadəkdir. "Sambaçı" 2018-ci ilin yayından forma geyindiyi komandada 19 oyuna 3 qol vurub və 1 məhsuldar ötürmə verib. 
 
"Astana" yanvarın 15-dən "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında Dubayda hazırlıq keçir.  







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31