Ölkə futbolu
Qurban Qurbanov: "Desəm ki, “Qarabağ”ı atıb, xaricdə işləmək istəyirəm, düzgün olmaz"
Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda ilin baş məşqçisi seçilən “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bununla bağlı keçirilən tədbirdən sonra media nümayəndələrinin suallarını cavablandırıb.
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə təəssüratlarını bölüşüb:
"Öncə hər birinizə təşəkkür edirəm ki, yenə məni seçdiniz. Deyiləcək çox sözüm yoxdur. Bu ada layiq görüləndən sonra məsuliyyətimiz daha da çoxalır. Gələn il daha diqqətli və ciddi olmalı, futbolumuza daha çox vaxt ayırmalıyıq. Çalışırıq ki, ildən-ilə işimizdə irəliləyiş olsun".
- Sizdən soruşsaydılar, 2018-ci ilin ən yaxşısı olaraq kimin adını çəkərdiniz?
- Bu suala cavab verməyə hazır deyiləm. Fikir bildirsəm, bəlkə düzgün olmaz. Çünki bu, daha çox sizlərə aid olan bir sahədir.
- Reynaldonun artıq “Qarabağ”da olduğunu deyə bilərik?
- Hələ tam yox. Bakıdadır, bu gün tibbi müayinədən keçəcək. Sabah yekun görüşümüz olacaq. Ondan sonra qəti qərarımızı verəcəyik.
- Reynaldo hələ birinci dəfə “Qarabağ”da çıxış edərkən əyləncəyə meylli futbolçu kimi tanınırdı. Yəqin ki, bu dəfə onun qarşısına şərt qoyulacaq…
- Son vaxtlar əyləncəyə meylli olmuşdu. Özünüz də görürdünüz ki, formasından uzaq idi. Amma mütləq belə bir danışığımız olacaq. Hətta müqavilə bağlasaq, orda da göstəriləcək ki, belə hərəkətlər etdiyi halda ciddi tədbirlər görüləcək. Məncə, belə şeylər olmamalıdır. Sabahkı görüşümüzdən sonra tam dəqiq nəsə deyə biləcəyəm.
- Qış fasiləsində komandanı tərk edən ola bilərmi? Yoxsa hamısı yayda nəzərdə tutulub?
- Həmişə transfer dönəmində belə hallar gözlənilir. Tərk edən də ola bilər. Hələ ki, bizdə bir məlumat yoxdur. Ola bilər, hansısa futbolçumuzla maraqlansınlar, yaxud da kiminləsə qarşılıqlı razılığa gələ bilməyək. Amma həm gedən, həm də yeni gələn ola bilər.
- Con Delarj demişdi ki, “Qarabağ”da qalmaq haqda düşünmürəm…
- Açığı, tam söhbətim olmayıb, ona görə dəqiq cavab verməkdə çətinlik çəkirəm.
- Futbol ictimaiyyəti arasında belə bir fikir formalaşıb ki, Qurban Qurbanov artıq bütün fikrini “Qarabağ”a yönəldəcək və qışdan sonra gərgin mübarizə gedəcək. Hətta deyilir ki, Qurban müəllimin komandası çempionluğu, kuboku qazanacaq ki, başqa söz-söhbət olmasın…
- Gərgin mübarizə hər il gedir. Həmişə əsas məqsədimiz ildən-ilə daha yaxşı nəticə əldə etmək olub. Nəyə nail olmuşuqsa, bu, mövsümün sonunda bilinəcək. Amma ümumən, hər şeyi peşəkar səviyyədə etməyə çalışırıq. Dəfələrlə şahidi olmusunuz ki, turnirlər haqda fikir bildirmişəm. Hansında iştirak ediriksə, orada yaxşı çıxış etməyə çalışmışıq. Avroliqa bitdi, qaldı çempionluq və Azərbaycan kuboku. Çalışacağıq ki, hər ikisində uğurlu nəticə əldə edək. Nə dərəcədə alınacağı mövsümün sonunda bilinəcək.
- “Arsenal”la oyunda erməni təxribatı zamanı Araz Abdullayevin sakit dayanması müzakirələrə səbəb oldu. Baş məşqçi olaraq, buna münasibətinizi bilmək istərdik. Sizcə, peşəkar addım idi, yoxsa necə? Hətta həmin an sizin o azarkeşə badalaq vurduğunuz da videoda görünür.
- Hansısa futbolçu haqda fikir bildirmək düzgün olmur. Çünki bunlar gözlənilmədən, ani olan şeylərdir. Hansısa futbolçu reaksiya vermədi deyə onun üzərinə getmək doğru olmaz. Heç bəlkə də Araz onu tanımayıb, əlindəki bayrağın nə olduğunu bilməyib. Ola bilər. Bir onu bilirəm ki, hər bir azərbaycanlı lazım olsa, vuruşmağa, kiminsə üzərinə getməyə hazırdır. Heç vaxt geri durmaz. Ani olan bir şeydir. 7-8 saniyəlik epizod idi. Əlbəttə ki, həmin an bir insanın düşüncə qabiliyyəti üzə çıxır ki, hansı addımı atmaq olar. Belədə ola bilər, Araz həqiqətən epizodu görmədi. Amma Araz kimdənsə qaçan, geri duran oğlan deyil.
- Son vaxtlar mətbuatda qardaşınız Musa Qurbanovun “Zirə”nin prezidenti olacağı ilə bağlı xəbərlər dolaşır. Buna da fikir bildirməyinizi istərdik…
- Yəqin bilirsiniz, Musa Qurbanov hazırda Zaqataladadır. Mənə də dedilər ki, belə bir xəbər var. Hazırda heç bir fikir yoxdur. Yəqin ki, nəsə olsa, görəcəksiniz.
- 9-cu dəfə Azərbaycanın ən yaxşı məşqçisi seçilirsiniz. Planlarınız arasında hansısa Avropa klubunu çalışdırmaq varmı? Ümumiyyətlə, belə bir təklif olubmu?
- Təxminən 3-4 il əvvəl mənə bu sual verilmişdi. Səhv etmirəmsə, belə bir fikir bildirmişdim ki, azərbaycanlı kimi ölkə futboluna xidmət etməyi daha çox istəyirəm. Bu gün buna həqiqətən böyük ehtiyac var ki, futbolumuzda yerli məşqçilər olsun və futbolçularımızla mütənasib əlaqədə olsun. Onların təkcə futbol oynamalarını yox, zehni düşüncələrini daha da yaxşılaşdırmağa kömək etsinlər.
- Yəni deyirsiniz ki, hələ vaxtı deyil.
- Açığı, ciddi bir təklif də yoxdur, olmayıb da. Bu barədə hələ ki, düşünmürəm. Hər şeyə real baxmaq lazımdır. Məncə, hazırda desəm ki, “Qarabağ”ı atıb, xaricdə işləmək istəyirəm, düzgün olmaz. “Qarabağ” adına hörmətsizlik etmək istəmirəm. Hazırda bütün fikrim “Qarabağ”dadır. 10-ci ildir bu klubda işləyirəm. Hər zaman sadiq olmağa çalışmışam. Hər hansı bir fikir-düşüncə olsa, ayrılanda belə, bu formada getmək istəyirəm. Daha yaxşı təklif var deyə burdan ayrılmaq kimi bir fikrə düşmək haqsızlıq olardı.
- Qış toplanışı və transferlərlə bağlı planlar hazırdırmı?
- İş gedir, amma hazır deyil. Yanvarın 6-da Antalyaya gedəcəyik və 27-nə qədər orada olacağıq. Bu proqram tam hazırdır. Transferlərlə bağlı isə iş gedir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- Nuriyev Macarıstan klubunda
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- “Zirə”də gözlənilməz ayrılıq
-
18:31
Kluyvertin oğlu “Barselona”da debüt etdi
-
18:15
"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verib
-
17:57
Zamiq Əliyev yenidən klubunun düşərgəsində
-
17:22
Azərbaycan atıcısı Avropa çempionatının finalına yüksəlib
-
17:00
“Kəpəz” moldovalı yarımmüdafiəçi transfer edib
-
16:43
Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
16:16
“Gəncə”dən yeni transfer
-
15:58
I Liqada 2026/2027 mövsümünün püşkü atıldı VİDEO
-
15:24
Yunuszadə Türkiyə klubunda
-
15:01
II Liqa klubunda yeni qapıçı
-
14:39
"Karvan-Yevlax" iki futbolçu ilə vidalaşıb
-
14:15
Bakıda dünya çempionatında AMADA-nın maarifləndirmə proqramı keçirilib
-
13:52
Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib
-
13:27
Xuraman Alimovanın yeni klubu bilindi
-
13:00
"Fiorentina" "Yuventus"un müdafiəçisini icarəyə götürdü
-
12:43
Ronaldo Azərbaycan klubundan ayrıldı
-
12:06
“Ayaks” Ter Ştegeni heyətinə qatdı
-
11:38
Miron Markeviç: "Qarabağ" mütləq məğlub etməli olduğumuz rəqibdir"
-
11:14
Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:29
"Real"ın hücumçusu İngiltərə klubunda
-
10:05
ABŞ klubu Axundzadənin müqaviləsindəki detalları açıqladı
-
09:47
“Yuventus” müdafiəçi transfer edir
-
00:32
Nəriman Axundzadə Türkiyə klubuna keçir
-
21:40
"Neftçi" ölkə çempionatının hazırlığına start verdi FOTOLENT
-
20:24
Şeydayevin yeni klubu müəyyənləşdi
-
20:09
"Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
-
19:52
Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
-
18:36
"Neftçi"də yunan baş məşqçi vəzifəsinə təyin edib
-
18:17
Azərbaycan velosipedçisi Çində uğurlu nəticə göstərib
-
17:43
“Sumqayıt”da braziliyalı hücumçu
-
16:55
“Səbail” Rahid Əmirquliyevi transfer etdi
-
16:28
Konfrans Liqası: “Qarabağ”ın potensial rəqibi bilindi
-
16:21
“Zirə”də gözlənilməz ayrılıq
-
16:00
Lukaku “Napoli”ni tərk etməyə hazırlaşır
-
15:34
"Turan" Cənubi Koreya millisinin üzvünü heyətinə qatıb
-
15:19
“Milan” “Fənərbağça”nın təklifini geri çevirdi
-
15:02
Voleybol millimiz Latviya və Belarus ilə qarşılaşacaq
-
14:46
ÇL-də pley-offun püşkü atıldı
-
13:57
Azərbaycanın yeniyetmə boksçuları Şamaxıda toplanışa başlayıb
-
13:23
Avropa Kubokunda 13 cüdoçumuz iştirak edəcək
-
12:35
“Sevilya” “Real”ın qapıçısını transfer etdi
-
12:12
Ehtiram Quliyev Bakıda Aziz Yıldırımla görüşdü FOTOLENT
-
11:48
“Barselona” Rodri üçün 50 milyon avro ödəməyə hazırdır
-
11:29
Pakistan yığmasının kapitanı "Qarabağ"da
-
11:04
Roman Salenko: “Qarabağ” keyfiyyətli futbol nümayiş etdirir”
-
10:31
"Qalatasaray" - "Renn" matçında 6 qol VİDEO
-
09:56
Krivotsyukun komandasından qələbə
-
09:42
Argentina millisinin üzvü "Çelsi"də
-
09:27
Mahirin qolu xal qazanmaq üçün yetmədi
04.08.2026
03.08.2026
























