Ölkə futbolu
"Azərbaycanda hücumçu yoxdu"
UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Kosovo ilə oyun üçün Priştinaya yollanan heyətdə yer alan AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Azərbaycan millisinin qarşıda həlledici oyunu gəlir. Hansı gözləntiləriniz var?
- Bildiyiniz kimi, vacib bir qarşılaşmadır. Qrupda bir oyun qalıb və 1-ci yeri tutmaq üçün mütləq qələbə qazanmalıyıq. Futbolçularımız bütün gücü, ustalığı bu oyunda qoymalı və qalib gəlməlidirlər. Başqa yolumuz yoxdur. Futbolçulara indidən artıq bir söz demək istəmirəm. Belə baxanda, son oyunda bir az da artım olmalıdır.
- Millimizdə cüt oyunlarda bir məqam diqqət çəkir - ilk görüşdə uğurlu olurlar, ikincidə büdrəmə yaşanır. Hardasa fiziki yoğrunluq sezilir. Bunu nə ilə əlaqələndirərdiniz?
- Fiziki yoğrunluğu başa düşmürəm. Bütün Avropada 3 gündən bir oyun oynayır və biz də bu rejimə uyğunlaşmalıyıq. Futbolçuların hazırlaşmağa vaxtı var. Onlar üçün bütün şərait yaradılır ki, dincəlsinlər və oynasınlar.
- Kosovonu nəyin sayəsində keçmək mümkündür?
- Bu rəqibləri keçməliyik. Bunlar Avropanın ən zəif yığmalarıdır. Ümumiyyətlə, bizim liqada ən zəif qrup bizdədir.
- Düşünmürüsünüz ki, bu amil milli üzərində təzyiq yaradır?
- Futbolçuların özlərindən asılıdır. Elə fikirləşmək lazım deyil ki, bu amil təzyiq yarada bilər. Ancaq belə baxanda, Kosovodan üstün olmalıyıq. Onlar yeni yaranmış yığmdar, biz isə neçə ildir müstəqilik və beynəlxalq turnirlərdə iştirak edirik.
- Kamran Ağayev Kosovoyla matçda olmayacaq. Beş oyunun hamısında qapını onun qoruması futbolçulara, yaxud "çərçivə”də yer alacaq Səlahət Ağayevə psixoloji təzyiq göstərə bilərmi?
- Ola bilər. Kamran həm də komandanın kapitanıdır. Klubunda da bu funksiyanı yerinə yetirir. Azərbaycanda tanınmış qapıçıdır. Futbolçular, məşqçilər ona inanırdılar. Müdafiəçilərlə neçə illərdir birgə çıxış edir. Nəticədə, bir-birinə arxayındırlar. Düzdür, Kamranın olmamağı bir az problem yarada bilər.
- Hər halda, Səlahətin də təcrübəsi var...
- Kamranın yerində yaxşı çıxış etməsi üçün ona uğurlar arzulayıram.
- Hücumçularla bağlı nə düşünürüsünüz? Ölkənin ən tanınmış hücumçularından olmusunuz. Farer adaları ilə qarşılaşmanın 78-ci dəqiqəsində Rüfət Dadaşov yerini Mirabdulla Abbasova verdi. Hansı daha yaxşı təsir bağışladı?
- Bu günə kimi Azərbaycanda hücumçu görmürəm. Onlar hücumçu olmağa doğru gedirlər. Olacaqlar-olmayacaqlar, bu, gələcəyin işidir. Təmiz, gözəl hücumçu bizdə yoxdur. Ona görə də bizdə ön xətdə problem var.
- Malta Azərbaycanla oyunlarda bütün gücünü qoydu, 2 xal aldı. Ancaq Kosovoyla 2 görüşdə uduzaraq 8 qol buraxdı. Düşünmürüsünüz ki, Kosovo və ya kimlərsə tərəfindən onlar üçün stimullaşdırma olub?
- Özüm bir sabiq futbolçu kimi hesab edirəm ki, hər komandaya qarşı hörmətlə yanaşmaq lazımdır. Zəifdir, sən ondan güclüsən - belə şeylərə baxmamalıdırlar. Oyuna çıxmalısan, zəifi də, güclü komandanı da udmalısan. Sən də rəqib zəifdirsə, işini görüb sonra yavaş-yavaş oynaya bilərsən. Ancaq rəqiblər gəlib görəndə güclü komandalardır, həvəsə gəlirlər, oynamaq istəyirlər. Hamısı çalışır ki, öz ölkəsini layiqincə təmsil etsin. Buna görə də futbolda hörmətsizlik etmək olmaz. Harda hörmətsizlik elədin, orda problem yaranır.
- Yəni demək istəyirsiniz ki, Kosovo Maltaya qarşı daha ciddi yanaşdığından belə inamla qalib gəldi?
- Onu demək istəyirəm ki, meydana çıxanda fikiləşmə ki, ondan güclüyəm, 4-5 qol vuracağam. Futbolçuların beynindən bu keçməməlidir. Məsələn, Almaniya bizimlə matçda ilk hissədə bir az oynamadı, nəticədə fasiləyə 1:1 hesabı ilə yollandıq. Biz qol vurandan sonra ayıldılar, fikirləşdilər ki, bunlarla zarafat etmək olmaz, komanda oynayır. İndi Azərbaycan futbolu nisbətən qalxıb, biz də artıq öz sözümüzü deməyə başlayırıq. Buna görə hər şeyi fikirləşməliyik, heç kimə hörmətsizlik etmək lazım deyil. Zəifdirsə, çıxıb udmalıyıq. Bizdən kimsə güclüdürsə, bizə qarşı hörmətlə yanaşmalıdır.(Report)
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























