5 Avqust 2026, Çərşənbə
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu

Ölkə futbolu

"Səfərdə yaxşı nəticə qazansaq, Azərbaycanla oyun asan olacaq"

"Qələbəni hədəfləmişik. Ancaq səfərdə Malta ilə qarşılaşacağımız görüş daha çətin olacaq. Çünki adətən səfər oyunlarında problemlə üzləşirik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Kosovo millisinin üzvü Valon Berişa deyib.
 
Yerli federasiyanın rəsmi saytına açıqlamasında UEFA Millətlər Liqasının qarşıdan gələn Malta və Azərbaycanla oyunlardan danışan "Latsio"nun hücumçusu səfər matçının daha çətin və əhəmiyyətli olduğunu bildirib. 
 
"Azərbaycanla oyunda sərfəli nəticə qazanacağımıza inanıram. Ev oyunumuz da önəmlidir. Evdə azarkeşlərimizin dəstəyi ilə oynamaq daha asandır. Ancaq ilk növbədə bizim üçün final matçı kimi olan Malta ilə görüşə köklənməliyik. Səfərdə yaxşı nəticə qazansaq, Azərbaycanla oyun asan olacaq".
 
Bir müddətdir zədədən əziyyət çəkən 25 yaşlı forvard artıq formaya düşdüyünü deyib: "Özümü yaxşı hiss edirəm. Ən yaxşı formamı bərpa etməyimə az qalıb".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31