4 Iyun 2025, Çərşənbə
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı
"Sumqayıt" 3 futbolçusu ilə vidalaşdı
“Neftçi” qızıl medallara qovuşdu

Ölkə futbolu

Qurban Qurbanov: “Çox çətinlik çəkdik”

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 6-cı turunda "Sabah”a səfərdə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytıın məlumatına görə, o, əvvəlcə oyun haqda fikirlərini bildirib.

- Futbolçularımı təbrik etmək istəyirəm. Layiqli qələbə qazandıq. Həddən artıq çətin oyun oldu. Buna baxmayaraq, oyunun dinamikasını qoruyub saxlaya bildik. Rəqib müdafiə olunmağı bacaran komandadır. Eyni zamanda, əks-hücuma çıxmağı da bacarırdılar. Çox çətinlik çəkdik. Bununla belə, intizamlı oynadıq. Oyuna xeyli sayda azarkeşimiz gəlmişdi. Onların dəstəyini hiss edirdik.

- "Arsenal”la oyun öncəsi bu cür rəqibə qarşı oynamaq sizin üçün nə dərəcədə sərfəli idi?

- Əlbəttə, fərqli üslubda oynayan komandalardır. Amma futbolçular bu gün xeyli əziyyət çəkdi. Çoxsaylı mübarizəyə şahidlik etdik. Düşünürəm ki, bu qarşılaşmanın bizə faydası olacaq.

- Emeqara və Delarjı oyuna daxil etməyi əvvəlcədən planlaşdırmışdınız, yoxsa nəticəyə görə bunu etdiniz?

- İki dəyişiklik planlaşdırılmışdı. Bu gün düşündüyüm kimi hər şey tam alınmadı, ona görə də bu dəyişikliklərə əl atdım.

- "Sabah”ın heyətində milliyə dəvət almağa namizəd varmı?

- İndidən konkret fikir bildirmək istəmirəm. Cavid İmamverdiyev onsuz da daim dəvət olunur. Amma xüsusi bir ad çəkə bilməyəcəm.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30