Ölkə futbolu
Samir Abasov: "Nə ifadədir ki, ona görə də üzrxahlıq edim"
"Zirə"nin baş məşqçisi Samir Abasov müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- AFFA Intizam Komitəsi tərəfindən bir oyunluq cəzalandırıldınız. Bu barədə nə deyə bilərsiniz?
- Neçə oyun cəza versəydilər belə, işimiz məcbur olub bu cəza ilə barışmaq idi. Biz də bu cəza ilə barışmışıq. "Neftçi" ilə oyunda komandamın yanında oldum. Qarşıdakı matçda isə texniki zonada olmayacağam. Ondan sonra isə yenə komandamın yanında olacağam. Bununla da cəzam başa çatacaq.
- İkinci oyundu ki, "Zirə"nin sükanı arxasındasız. Lakin komanda qələbə qazana bilmir. Bu uğursuzluğu nə ilə əlaqələndirərdiniz və komandanızın oyununda hansı çatışmazlıqlar var?
- İnanıram ki, komandamız qələbə qazanacaq. Buna vaxt lazımdır. "Zirə" qarşıdakı oyunda da uduza bilər. Həm fiziki, həm də başqa amillərə görə yox, məhz komanda şəklində hazır deyilik. Bunları da başa düşürəm. Yeni oyunçular və yeni baş məşqçi cəlb olunub. Dəyişiklik etmək üçün vaxt lazımdır. Oyundan-oyuna daşı daş üstünə qoyub artıracağıq.
- Komandada hansısa futbolçuları seçmək olar ki, onlar istənilən səviyyədə deyillər. Ya da öz oyunlarını sərgiləyə bilmirlər....
- Bizdə komanda şəklində problemlər var. Oyunçulara gəldikdə, komandanı dəyişmək üçün transfer pəncərəsi var. Həmin vaxt bizə lazım olanlar qalır, digərləri ilə yollar ayrılır.
- "Neftçi" ilə oyundan sonra mətbuat konfransında hakim barədə kinayə ilə danışmısınız və AFFA İntizam Komitəsindən sizə xəbərdarlıq da olunub. Buna əməl etməsəniz, sizi daha bir cəza gözləyir...
- Bəli. Belə hadisə baş verib. Amma onu demək istəyirəm ki, hakim haqqında ağır danışmamışıq. Sadəcə, xəbərdarlıq ediblərsə, deməli, bundan sonra olmayacaq və bir də belə danışmayacağıq.
- Mətbuat konfransında həmçinin bildirdiniz ki, hakim may ayına qədər məzuniyyət götürsə, rahatlayaram, bəlkə də gözündə problem var. Bu fikirləri emosiyaya qapılaraq dediniz, yoxsa Ömər Paşayevin probleminin olduğunu bilərək belə demisiniz?
- Problem barədə heç nə bilmirəm. Bir sözdür, demişəm, danışır, zarafatlaşırdıq. Mənə görə hakimə 1 il nəsə veriləsi deyil. Xəbərdarlıq almışıq. Bu barədə də məlumatım var və oxumuşam. Bundan sonra hakimlər barədə danışmarıq.
- Həmin ifadələrlə bağlı üzrxahlıq etmək fikriniz varmı?
- Nə ifadədir ki, ona görə də üzrxahlıq edim. Yenə qeyd etmək istəyirəm ki, hakimlər haqqında fikir bildirməyəcəyəm. İki aydan çoxdur ki, hər hansı komandaya rəhbərlik etmirdim. Belə şeyləri bilmirdim və yadımdan da çıxmışdı. Açığı, orada böyük bir hadisə də olmadı. Qərarı çıxaranlar bunları nə kimi görüblərsə, bundan sonra belə hal olmayacaq. Bu, problem deyil.
- "Neftçi" ilə matçda ilk hissənin sonlarında Roberto Bordinlə insidentiniz oldu. Həmin an nələr baş verdi ki, hər ikiniz emosiyaya qapıldınız?
- Biz orada bir-birimizi başa düşmədik. Həmin epizoddan sonra məsələni aydınlaşdırdıq. Bu, bizim bir-birimizə aid olmayan bir şey idi. Mən elə başa düşdüm ki, o, mənə nəsə deyib. Halbuki, Bordin də mənim kimi fikirləşib. Bu, sırf referi ilə bağlı olan məsələ idi. Tribunada danışdıq, bir-birimizi anladıq. Texniki zonada isə bunu başa düşməməyin qurbanı olduq. Aramızda anlaşmazlıq baş verdi ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
03.11.2026
02.11.2026
























