8 Mart 2026, Bazar günü
Millimiz Macarıstana məğlub oldu
"Sumqayıt" qələbəni əldən verdi
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər

Ölkə futbolu

Voyislav Stankoviç: "Lüksemburqda 2-3 qol vura bilərik"

“Yeni komandayıq. Bir neçə oyunçu getdi, onların yerinə gələnlər oldu. Heyətin formalaşması üçün bir qədər vaxt lazımdı”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin müdafiəçisi Vojislav Stankoviç deyib. Serbiyalı futbolçu Avropa Liqasının I təsnifat mərhələsində “Proqres”lə keçirilən matçı dəyərləndirib. “Qırmızı-qaralar”ın 0:2 hesablı məğlubiyyətinə baxmayaraq, Stankoviç hələ də cavab görüşü üçün ümidlidi:
 
“Bu məğlubiyyət o demək deyil ki, komandamız hazır deyil. Rəqib oyunu müdafiədən qurdu və əks-hücumlara bel bağladı. Öz səhvlərimizdən qollar buraxdıq. Onlar bizim səhvlərimizdən lazımınca yararlandılar. Biz isə əlimizə düşən imkanlardan istifadə edə bilmədik və məğlub olduq. Ancaq bizim üçün avrokubok mövsümü hələ bitməyib. Necə ki, onlar burda 2 qol vurdular, biz də Lüksemburqda 2-3 qol vura bilərik".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31