12 Mart 2026, Cümə axşamı
Millimizdən biabırçı məğlubiyyət
XXIV turun hakim təyinatları
İran DÇ-2026-da iştirak etməyəcək
Berdıyevin cəzası azaldıldı

Ölkə futbolu

Simon Slavçev "Qarabağ"la neçə illik müqavilə imzaladı?

"Qarabağ yeni transferi olan Bolqarıstan millisinin yarımmüdafiəçisi Simon Slavçevlə imzaladığı müqavilənin müddətini açıqlayıb.
 
Futbolxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 24 yaşlı oyunçu qarşıdakı 3 il ərzində Ağdam təmsilçisinin şərəfini qoruyacaq. Slavçev artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışındadı.
 
Slavçev peşəkar karyerasına 2010-cu ildə  ölkəsinin “Liteks” klubunda başlayıb və 4 il burada forma geyindikdən sonra Portuqaliyanın “Sportinq” klubuna transfer olunub. Daha sonra Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon”, son olaraq isə Polşanın “Lexiya” (Qdansk) klubunda çıxış edib.
 
Ölkəsinin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Slavçev 2013-cü ildən etibarən əsas milli komandaya dəvət alır. 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31