20 Yanvar 2026, Çərşənbə axşamı
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu

Ölkə futbolu

Kubokun qalibi "Keşlə" oldu

Bu gün Azərbaycan kubokunun qalibi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, həlledici “Qəbələ” və “Keşlə” üz-üzə gəlib.

Bunadək nə “Qəbələ”, nə də “Keşlə” Azərbaycan kubokuna sahib çıxa bilib. Əyalət təmsilçisi daha əvvəl 2 dəfə finalda meydana çıxıb. Amma “Qırmızı-qaralar” həlledici qarşılaşmada əvvəlcə “Neftçi”yə, ötən il isə “Qarabağ”a uduzub.

“Keşlə” isə əvvəlki adı “İnter” kimi 4 dəfə final həyəcanı yaşayıb. Paytaxt klubu bütün hallarda meydanı məğlub tərk edib və kuboka həsrət qalıb. Komanda “Bakı”ya, “Qarabağ”a və 2 dəfə “Xəzər Lənkəran”a yenilib.

Azərbaycan Kuboku

Final

28 may

“Keşlə” - “Qəbələ” 1:0 

Qol: Pərdis Fərcad Azad, 70

Qırmızı vərəqə: İlqar Qurbanov 89 ("Qəbələ")

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev

AFFA Nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31