6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

"Qarabağ" afrikalı hücumçu?

Cənubi Afrika Respublikasının  "Mamelodi Sandaunz" klubunun futbolçusu Xama Billiat karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, “Qarabağ” 28 yaşlı  hücumçunu transfer etmək istəyir.

Bildirilir ki, karyerasını Avropada davam etdirmək istəyən Zimbabve yığmasının üzvü klubunun ona təklif etdiyi yeni müqavilə ilə razılaşmayıb. Buna görə də baş məşqçi Pitso Osimane onu əsas komandadan kənarlaşdırıb.

Xəbərdə “Qarabağ”ın bu futbolçuya ayda 500 min Zimbabve dolları verməyə hazır olduğu deyd olunub. Billiatın satış qiyməti isə  2,5 milyon ABŞ dollarına bərabərdir.

Qeyd edək ki, Billiat 2013-cü ildən "Mamelodi Sandaunz"da çıxış edir. 2011-ci ildən Zimbabve millisində oynayan forvard 26 matçda 7 qol vurub. O, əvvəllər Zimbabvenin "CAPS Yunayted", CAR-ın "Ayaks Keyptaun" komandalarında da çıxış edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31