Ölkə futbolu
Şahin Diniyevin “Kəpəz”dən yapışmaqlığı (QEYD)
Təkrar, yenə təkrar qeyd edirik: maliyyə maxinasiyalarına görə auditin ifşa etdiyi Mikayıl Nərimanoğlu “Kəpəz”in Müşahidə Şurasından geri çağırılandan sonra klub ətrafında analoji informasiyalar hər gün yenilənir.
Məlum oldu ki, baş məşqçi Şahin Diniyev üçün 10+ min manat maaş yazılsa da, o, 7 min alırmış. Diniyev bu məsələni təkzib etsə də, problemi təsdiqləyən kifayət qədər ciddi və aidiyyatı mənbələr var. Yaxud təkzibi qəbul eləyib, inanmağımızçün rəsi sübut yoxdur…
Hər halda, klubətrafı araşdırmalar davam edir. Aşkarlanan çatışmazlıqlar tam açıqlanmasa da, “səsi çıxacaq”.
Toxunmaq istədiyimiz məqam isə məhz Diniyevlə bağlıdır.
Əvvəlcə gəlin Topaz Premyer Liqasında iştirak edən komandaların baş məşqçilərinin məvaciblərinə nəzər yetirək:
Qurban Qurbanov (“Qarabağ” ) - 60000+
Roman Qriqorçuk (“Qəbələ”) - 35000+
Şahin Diniyev (“Kəpəz”) - 10000+
Ayxan Abbasov (“Zirə”) - 8000+
Ramiz Məmmədov (“Keşlə”) - 4000+ (Sələfi, Zaur Svanadze – 5000+)
Samir Abasov – (“Sumqayıt”) - 4000+
Tərlan Əhmədov (“Neftçi”) - 3000+ (Hələlik)
Samir Əliyev (“Səbail”) - 3000+
(Məbləğ manatladır və rəqəmlər minimum göstəricidir*)
Diniyev üçüncü ən çox məvacib alan məşqçidir. Turnir cədvəlindəki sıralama təxminən məvaciblərlə düz mütənasibdir. Yalnız Diniyevi çıxmaqla. Komandası daim autsayderlər sırasında olsa da, maaşı nəticələrinə nisbətdə fantastik fərqlənir. Niyə?
Diniyevin ölkədə Qurbanov və Qriqorçukdan sonra ən yüksək məvacib almasının əsası nədir?
Əgər “Kəpəz”in komanda və klub olaraq böhrandan çıxması alınmırsa, onda bu qədər məvacib necə rahatlıqla alına bilər, Diniyev?
Məlumatlara görə, “Kəpəz”in illik büdcəsi 1.200.000 manatdır. Belədə Diniyevin maaşı ümumi büdcənin 10 faizini təşkil edir.
Diniyev hər məğlubiyyətdən sonra “bütün günahlar məndədir” deyir. Bunlar özünü şirin satmaqdan başqa bir şey deyil. Anlamadıq, adam bu qədər günaha batar? Belə maaşla bu qədər günah çox olmadı?
“Mənim istefam haqda yazılanlar məntiqli deyil“ deməyinizin əks məntiqi budur, hörmətli Diniyev.
Fikir verirsinizsə, hakimlikdə və məşqçilikdə kütləvi gəncləşmə prosesi gedir. Hazırda TPL iştirakçılarının, demək olar, hamısını gənc mütəxəssislər çalışdırır. Elə bu detalı da nəzərə alaraq, faydalılığınızın bundan yuxarı qalxmadığını görüb, istefa verə bilərsiniz. Tam məntiqli olaraq...
Sizin istefanızın labüdlüyü haqda yazılanları məntiqsiz sayırsınız, bu yalnız hiddətləndiyinizi göstərir. Ünsiyyətcil, loyal təəssürat bağışlayan Diniyevin məhz belə məqamlarda əsl mahiyyətinin üzə çıxması, özünü idarə eləyə bilməməsi, aqressivləşməsi də bir həqiqətdir. 10 min manat maaş niyə almalısınız? “Kəpəz”çün neyləmisiniz? Təyinatınızdan sonra komanda yalnız bir dəfə Avropa Liqasında iştirak edib. Onda da lisenziya ala bilməyən “İnter” və “Zirə”dən boşalan yerlərdən birinə görə. Daim turnir cədvəlinin autsayderləri sırasında olan komandanın baş məşqçisi ölkədə üçüncü ən çox maaş alandırsa, bu, məntiqlidir, eləmi, Diniyev?
Şahin müəllimin müdafiəsinə ehtiyac yoxdur. Olsaydı, bunu onun adı naminə ən əvvəl elə biz edərdik. Ancaq yuxarıda sadaladıqlarımız, ortaya çıxan həqiqətlər buna imkan vermir. Bunadək ona kifayət qədər vaxt verildi, imkan yaradıldı və o, Gəncə futbolu adına potensialını, verə biləcəyini maksimum verdi. Göründü ki, alınmır. İnfrastruktura, uşaq futboluna heç bir yatırım eləyə bilməyən klubun imkanından çox-çox yuxarı ödənişli məşqçiylə çalışması da peşəkarlığa və reallıq hissinə yaxın deyil.
Elçin Cəlilov, futbolpress.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
30.10.2026
29.10.2026
























