30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

Rövnəq Abdullayev: "Qurban Qurbanov ən azı 6 il millidə olacaq"

"Hamını salamlayıram. İcraiyyə Komitəsinin iclası başa çatdı. Yekdil qərarla baş məşqçi vəzifəsinə Qurban Qurbanov təyin edildi. Onu təbrik edirəm və uğurlar arzulayıram".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra keçirilən brifinqdə deyib. Daha sonra R.Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

- Qurban Qurbanovun İcraiyyə  Komitəsinə üzvlüyü  qalacaq?

-Bəli, qalacaq.

- Tahir Gözəl demişdi ki, Qurban Qurbanovu miliyə bir şərtlə buraxarıq ki, "Qarabağ"da da işləsin.

- Qurban Qurbanov "Qarabağ"da qalacaq. Baza "Qarabağ" olacaq. Premyer Liqanın bütün klubları ilə işləyəcək. Bu, onun xeyirinə olacaq.

- Müqavilənin müddəti nə vaxta qədərdi?

- Qurban Qurbanov ən azı 6 il millidə qalacaq. Sistem qurulmalıdır. Bütün oyunçuların hazırlıq sistemi mərkəzdən idarə olunmalıdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31