20 Sentyabr 2026, Bazar günü
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı
“Neftçi" və "Qarabağ" qalib gəldi

Ölkə futbolu

“Qarabağ” Madridə 108 nəfərlə yollanıb

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Atletiko”nu qonağı olacaq “Qarabağ” dünən gecə saatlarından Madriddədir.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu dünən çarter reysi ilə İspaniya paytaxtına yollanıb.

“Qarabağ”ən əsas komandası ilə yanaşı, U-19 komandası da səfərə çıxıb. Madridə yollananlar arasında “Qarabağ”ın prezidenti Tahir Gözəl, futbol veteranlarından İsgəndər Cavadov, Aslan Kərimov, Cahangir Həsənzadə, Azərbaycanın məşhur “Şən və Hazırcavablar Klubu” - KVN-çi Bəhram Bağırzadə və digərlər var.

“Qarabağ”ın ümumi nümayəndə heyəti 108 nəfərdən ibarətdir. 

Qeyd edək ki, Madriddə hava limanında "Qarabağ"ı azərbaycanlı azarkeşlər qarşılayıb


qol.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30