1 May 2026, Cümə
Vernidub: “Bu oyun suyumu çıxardı”
"Neftçi" "Qarabağ"ı məğlub etdi
“Səbail” darmadağına sevindi
"Sumqayıt"ın yubiley qələbəsi

Ölkə futbolu

“Kəpəz” “Keşlə”yə, “Zirə” “Qəbələ”yə qalib gəldi

Topaz Premyer Liqada 10-cu turun oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün turun daha iki oyunu keçirilib.

Günün ilk matçında "Keşlə" autsayder “Kəpəz”i qəbul edib. Yeni adı ilə ilk oyununa çıxan paytaxt klubu meydanı məğlub tərk edib - 0:2.

Bu ikinci görüşündə isə 2 və 3-cü pillələrdə qərarlaşan “Zirə” ilə “Qəbələ” paytaxtda üz-üzə gəliblər. İlk yarıda qapısında iki qol görən, eləcə də azlıqda qalan “Qəbələ” yenilgidən qaça bilməyib.

Qeyd edək ki, tura sabah keçiriləcək.”Nefçi”  - “Sumqayıt” oyunu ilə yekun vurulacaq.

“Zirə” - “Qəbələ” 2:1

Qollar: Milan Duriç, 18-pen (1:0), Sadio Tounkara, 38 (2:0), Famussa Kone, 71 (2:1)

Qırmızı vərəqə: Cavid Heseynov, 43 ("Qəbələ")

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev

Zirə İdman Kompleksinin stadionu

"Keşlə" - “Kəpəz” 0:2

Qollar: Viktor Osoqeyl, 15, İlyas Səfərzadə, 64

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov

“İnter Arena”

 

N Klublar O Q H M T-F X
1 Qarabağ 9 7 1 1 15-4 22
2 Qəbələ 9 6 1 2 12-8 19
3 Zirə 9 5 3 1 16-7 18
4 Sumqayıt 9 4 1 4 10-12 13
5 Neftçi 9 3 1 5 10-9 10
6 Səbail 9 3 0 6 5:13 9
7 Keşlə 10 2 2 6 7:14 8
8 Kəpəz 10 2 1 7 7-15 7

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31