5 Avqust 2026, Çərşənbə
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

“Qarabağ” Londona yollanır

Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” bu gün Londona yola düşür.

Futbolxeber.az saytının məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 17.00-da komanda çarter reysi ilə İngiltərə paytaxına yola düşəcək.

"Qarabağ"la "Çelsi" arasındakı oyun sentyabrın 12-də keçiriləcək. Komandanın oyundan 1 gün öncəki son məşqini "zadəganlar"ın stadionunda - "Stemford Bric"də keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, əsas komanda ilə yanaşı, klubun UEFA Gənclər Liqasında yarışacaq U-19 komanda da bu gün eyni təyyarə ilə Londona gedəcək. Onların bu yarışda debütü sentyabrın 12-də Londonda "Çelsi"dəki həmyaşıdlarına qarşı olacaq. Ancaq həmin matç günorta saatlarında - Bakı vaxtilə saat 14:05-də başlayacaq.  .








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31