Ölkə futbolu
Səbuhi Səfiyarlı: “İndi çempion olmaq şansımız daha çoxdu” (MÜSAHİBƏ)
"Qəbələ"nin əsas komandasının rəisi Səbuhi Səfiyarlının müsahibəsi
- "Panatianikos"a uduzandan sonra klubda əhval-ruhiyyə necədi? Komanda ardıcıl 3-cü dəfə qruplara yüksələ bilməyəndən sonra ruh düşkünlüyü yaşamadı ki?
- Qrupa düşsək, yaxşı olardı. Amma bunun nəticələrimizə təsir edəcəyi inandırıcı deyil. Onlar ayrı-ayrı məsələlərdi. Avroliqada məqsədə çata bilmədik. Amma digər məqsəd uğrunda çalışacağıq. Bu amilin "Qəbələ"nin gələcəkdəki oyununa təsir edəcəyinə inanmıram. Məncə, komandanı kökləmək çətin olmayacaq. Bu turnirlər tam başqadı.
- Əksəriyyət düşünür ki, avrokuboklardan kənar qalmaq "Qəbələ"nin işinə yarıyacaq. Komanda "Qarabağ"ın yorğunluğundan yararlanaraq, yanvara qədər xal ehtiyatını artırıb, çempion olacaq. Bu fikirlə razısızmı?
- Xeyr, özümüz də bunu klubda müzakirə edirik. Demək olmaz nəyəsə təsir göstərəcək. Hər şey komandanın hazırlığından, qazanılan nəticələrdən asılıdı. Belə oyunlar çox olub. Həmişə "Qarabağ" güclü olduğu üçün qalib gəlib. İstər kubokda, istərsə də çempionatda olsun. Bu nə dərəcədə təsir edəcək bilmirəm.
- Rauf Əliyevlə xeyli vaxtdı maraqlanırdız. Son vaxtlar danışıq aparmışdız?
- Klubu ilə müqaviləsi vardı deyə danışıq aparmırdıq. Amma bildiyimə görə, o artıq Albaniya klubu ilə anlaşıb və "Kukesi"də oynayacaq. Özü ilə danışmasaq da, vəziyyətinin nə yerdə olduğu ilə maraqlanırdıq. Bildirdilər ki, xaricdə oynamaq istəyir.
- "Qəbələ"nin legionerləri rayonda yaşamaq istəmədiyinə görə klubun Bakıda məskunlaşacağı deyilir. Doğrudurmu?
- Keçən il də oxşar vəziyyət idi. Hər oyundan iki gün əvvəl Bakıya gəlirdik. Qəbələdə baş tutacaq oyunlara isə 1 gün əvvəldən gedirdik. Həm orda, həm də burda olurduq. Söhbət futbolçuların ailələrinin yaşamasından gedir. Ailəli olanların Bakıda qalıb məktəbə getməsini istəyirlər. Futbolçuların özlərinin yaşaması üçün problem yoxdu.
- Onlara Bakıda qalmaq üçün şərait yaradılacaq?
- Əlbəttə, hamısı onların müqaviləsində nəzərə alınacaq. Müzakirə olunacaq, kim Bakıda yaşamaq istəyirsə, kömək edəcəyik. Yaxud müqaviləsində başqa bir şərtlə əvəz olunmalıdı.
- Yeni dəvət olunan legionerlərdən sırf Bakıda yaşamaq istəyən, yaxud Qəbələdə qalmağa razılaşan futbolçular var?
- Hazırda müzakirə mərhələsindəyik. Götür-qoy edirlər. Elələri olub ki, ailəsinin Bakıda yaşamasına icazə vermədiyimiz üçün çıxıb gedib. Müqaviləsi ola-ola gəlib, qala bilmədiyini və getmək istədiyini söyləyib. Bu dəfə düşündük ki, daha səviyyəli futbolçuların gəlməsi üçün onlara kömək edək. Çünki bəziləri ailəli olur. Bildiyiniz kimi, Qəbələdə də xarici dil məktəbi yoxdu. Elə legioner var ki, ailəsinin yanında olmasını, uşağının məktəbə getməsini istəyir. Həm də Qəbələ ilə Bakı arasındakı məsafə uzaq deyil, gediş-gəliş var. Komandaların əksəriyyəti Bakıda olur. Futbolçuların komanda ilə müqaviləsi var. Komanda harda olsa, o da ora getməlidi. Sabah gedib Antalyada hazırlaşsaq, o da getməlidi. Futbolçunun harda qalması müzakirə olunmur. Onun istəyi ilə deyil. Sadəcə, söhbət ailələrindən gedir. Xüsusən də uşağı olan futbolçuların. Bu üzdən onlar Bakıda qalmağa məcburdular.
- Şəxsən siz çempionluq şanslarını necə görürsüz?
- Çempionat başlamayıb. Komandaların durumunu bilmirik. Məşqçimiz həmişəki kimi iddialıdı. Qarşısına böyük məqsəd qoyub. Arıq 2-3 ildi bu iddiadayıq. Neçə vaxtdı 2-ci, yaxud 3-cü yerləri tuturuq, Avropa Liqasına vəsiqə qazanırıq və deməzdim ki, uğursuz çıxış edirik. Amma istərdik ki, gücümüzü Çempionlar Liqasında sınayaq. Həm də ÇL-dən Avroliqaya vəsiqə qazanmaq asandı. Bildiyiniz kimi, Azərbaycanda yeganə klub "Qəbələ"di ki, Avroliqada mübarizəyə başlayaraq qrupa düşüb. Bizdən əvvəlki klublar, "Qarabağ"la "Neftçi" ÇL-də mübarizəyə başlayandan sonra Avroliqada qrupa düşüb. Ona görə də ÇL-də qrupa düşmək istəyimiz var. Çempion olmaq niyyətindəyik. Baş məşqçimizin bir yaxşı sözü var. Deyir, 1 faiz belə şans varsa onun üçün döyüşməyə hazırıq. İndi şansımız daha çoxdu. Keçən il həm öz, həm də başqalarının səhvləri ilə üzləşdik. Ona görə də çempion ola bilmədik.
- Transfer məsələləri qapanıb "Qəbələ" üçün?
- Transfer pəncərəsi tam bağlanmayana qədər heç nə demək olmaz. Bəlkə sabah hansısa futbolçumua elə qiymət deyəcəklər ki, onu satmaqdan imtina edə bilməyəcəyik. Ola bilər cüzi məbləğə güclü futbolçu ilə də rastalaşarıq. Birmənalı şəkildə transfer etməyəcəyik deyə bilmərik. Nə qədər ki, "pəncərə" açıqdı və nəzəri cəhətdən transfer həyata keçirilə bilər. Yəni qeyri-adi nəsə baş verməsə, demək olar "Qəbələ" üçün transfer məsələləri bağlanıb (sport7.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
09:00
“Araz-Naxçıvan” “Zirə”ni, “Qəbələ” “Qarabağ”ı qəbul edir
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
31.10.2026
30.10.2026
29.10.2026
























