1 May 2026, Cümə
Vernidub: “Bu oyun suyumu çıxardı”
"Neftçi" "Qarabağ"ı məğlub etdi
“Səbail” darmadağına sevindi
"Sumqayıt"ın yubiley qələbəsi

Ölkə futbolu

Georgi Nikolov: “Heç olmasa “Zabrat” adını qoyaydılar”

“İnter”in adına 10 ildi davam edən hücumlar axır ki, uğurla nəticələndi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözlər Georgi Nikolova məxsusdu.  

Bakının “İnter” klubunun sabiq prezidenti sosial şəbəkədə maraqlı paylaşım edib. “İnter”in adının “Keşlə” ilə əvəzlənməsinə toxunan Nikolov bu haqda kinayəli status yazıb.

O, komandanın yeni adının “Zabrat” olmasını daha məqbul sayır: “Heç olmasa “Zabrat” adını qoyaydılar. Axı bizim klub orada doğulub. İstənilən halda, keşləlilər rahat nəfəs ala bilərlər. “Aqrarkredit” isə “Keşlə Arena”da onlar üçün əlavə tribunalar tikdirməlidi”.

Qeyd edək ki, 2006-cı ildən klubda prezident postunu tutan bolqarıstanlı futbol adamı 2015-ci ilin dekabrında “İnter”dən kənarlaşdırılmışdı (apasport.az).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31