Ölkə futbolu
Yakub Jezniçak: "Hamını təəccübləndirmək istəyirik"
“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli futbolçu bir çox məqamlara toxunaraq, maraqlı fikirlər səsləndirib.
- Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin “Şerif”lə cavab görüşündə burnunuz və barmağınız qırıldı. Hazırda özünüzü necə hiss edirsiz?
- Burnum, həqiqətən də, qırılıb. Ancaq həkim mənə qoruyucu maskanın lazım olmadığını bildirdi. Barmağım da əzilsə də, vəziyyətim pis deyil. Əsas odu ki, qalib gələn tərəf biz olduq. “Qarabağ” ÇL-in pley-off mərhələsinə heç vaxt yüksəlməmişdi. Onlar həmişə III təsnifat mərhələsində mübarizəni dayandırmışdılar. Bu mənada, tarixi nailiyyətə imza atmaq üçün yaxşı şansımız var. Düzdü, pley-offda cütün favoriti “Kopenhagen”di. Amma biz hamını təəccübləndirmək və ÇL-in qrup mərhələsinə adlamaq istəyirik. Bunu bacarsaq, həm klub, həm də mənim üçün möhtəşəm olar. Ardıcıl ikinci dəfə ÇL-in qrupunda oynamaq arzusundayam.
- Sizdən fərqli, sabiq komandanız “Legiya” ÇL-in deyil, Avropa Liqasının qrup mərhələsinə düşmək uğrunda yarışacaq. Rəqib isə “Qarabağ”ın üstələdiyi “Şerif”di...
- “Legiya”nın çıxışı məni də təəccübləndirdi. “Şerif” zəif deyil, amma keçmiş komandamın onları üstələmək üçün hər cür imkanı var. Polşa çempionu bu səddi keçməyə borcludu.
- “Şerif”in ev oyunlarında necə atmosfer olur? Yerli azarkeşlər qonaq komandaya cəhənnəm ab-havasını yaşada bilirlərmi?
- Xeyr. Amma yaxşı atmosfer olur. Hardasa “Belxatov” klubunun stadionuna oxşayır. Orada bizim üçün yaxşı oyun keçdi. Həmin anları xatırlamaq xoşdu, çünki 2:1 hesablı qələbə qazandıq. Bakıda qolsuz heç-heçəyə imza atdığımızdan, mərhələ adlayan tərəf biz olduq.
- “Legiya”nı tərk edib, ekzotik ölkə olan Azərbaycana yollanmaq qərarını verəndə çox düşündünüz?
- Menecerim Azərbaycandan təklif gəldiyini deyəndə ona bildirdim ki, maliyyə şərtləri çox yaxşı olmalıdı. Demək olar ki, qərarımı 1 gün ərzində verdim. İndiki məqamda da çox xoşbəxtəm, fikirləşdiyimdən də yaxşıdı. Klubun böyük bazası və məhsuldarlığı var. Günəşi sevirəm. Gəldiyim gündən Bakıda yağış yağmayıb. Deyəsən, bundan sonra da yağmayacaq (gülür).
- Bakıda polyaklarla rastlaşmısız?
- “Yagelloniya”nın keçmiş oyunçusu Dani Kintana ilə hazırda komanda yoldaşıyam. Onun həyat yoldaşı polşalıdı. Donald Gerrye isə vaxtilə “Visla”da çıxış edib. Donaldın da xanımı polyakdı və 2 övladı var.
- “Qarabağ” Ağdamı təmsil etməsinə baxmayaraq, ev oyunlarını Bakıda keçirir...
- Klubun əsası Ağdamda qoyulub. Amma həmin şəhər Azərbaycan və Ermənistan arasında yaşanan müharibə zamanı dağıdılıb. Bakıda da çoxlu fanatlarımız var. Qarşımıza böyük məqsəd qoymuşuq. Çempionlar Liqasının qrupuna düşməyi, həmçinin ölkə çempionu olmağı hədəfləmişik.
apasport.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
30.10.2026
29.10.2026
28.10.2026
























