3 Avqust 2026, Bazar ertəsi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi

Ölkə futbolu

“Qəbələ”də ciddi itki: toplanışı tərk edir

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qəbələ” ciddi itki ilə üzləşib. Futbolxeber.az-ın məlumatına görə, bu barədə klubdan apasport.az saytına bilgi verilib.
 
Bildirilib ki, kapitan Cavid Hüseynov sıradan çıxıb. Milli komandamızın yarımmüdafiəçisi klubun Avstriyadakı təlim-məşq toplanışı zamanı xəsarət alıb. Bir müddət komandadan uzaq qalacaq Hüseynov bu gün vətənə dönəcək. Lakin həkimlər 29 yaşlı oyunçunun durumunun ciddi olmadığını bildiriblər. Belə ki, Cavidin sadəcə, 1 həftəlik istirahətə ehtiyacı olduğu bildirilib.
 
O, Avstriyadakı hazırlığın I mərhələsi çərçivəsində iyunun 22-də “Ludoqorets”lə (Bolqarıstan) keçiriləcək yoxlama görüşündə iştirak etməyəcək. Ancaq futbolçu “qırmızı-qaralar”ın Avstriya toplanışının II mərhələsindən etibarən kollektivə qoşulacaq. Bir sözlə, Hüseynov avrokubok matçına qədər zədəsini tam sağaldacaq.
 
Qeyd edək ki, “Qəbələ” Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Təmsilçimizin rəqibi I mərhələdəki “Yagelloniya” (Polşa) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi olacaq. “Qəbələ” avrokubok oyunlarını iyulun 13-də və 20-də keçirəcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31