Ölkə futbolu
Ozobiç: “Hansının mərhələ keçməsinin bizim üçün fərqi yoxdur”
2017/18 mövsümünə Avstriyada hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, iyunun 7-də başlayan hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirən “qırmızı-qaralar”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç toplanış barədə fikirlərini klub açıqlayıb:
“Avstriya toplanışının böyük hissəsi arxada qalıb. Hazırlıq prosesi yaxşı keçir. Bütün futbolçular maksimum gücləri ilə məşq edir. Yeni mövsümün ilk rəsmi görüşlərinə ciddi və çox yaxşı hazırlaşırıq. Toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəmizi sınadıq. Hesab edirəm ki, Rusiya “Axmat”ı ilə qarşılaşmada çox yaxşı oynadıq. Həmin matçda bəxtimiz gətirmədi. Bolqarıstan MOİK-i və Avstriya “Vakker”i ilə birgə mübarizə apardığımız turnirə gəlincə, “Axmat”la qarşılaşmadan sonra cəmi iki gün vaxtımız olmuşdu. Üstəlik bu müddətdə məşqləri də davam etdirmişdik. Bu üzdən turnir zamanı bir az yorğunluq özünü göstərdi. Yoxlama oyunlarının hər biri hazırlıq baxımından çox faydalıdır. Avstriyadakı son sınaqda “Ludoqorets”lə görüşəcəyik. Bolqarıstan təmsilçisi çox güclü komandadır. Belə rəqiblə qarşılaşma maraqlı olacaq”.
Ardıcıl 4-cü dəfə UEFA Avropa Liqasında çıxış edəcək “Qəbələ” yarışa II təsnifat mərhələsindən başlayacaq. Ozobiç bu mərhələnin püşkatmasını dəyərləndirib: “UEFA Avropa Liqasında asan rəqib olmur. Burada bütün komandalar çətin rəqib sayılır. “Qəbələ” II təsnifat mərhələsinin oyunlarına çox yaxşı hazır olacaq. Rəqibimizin müəyyənləşəcəyi “Yagelloniya” – “Dinamo” cütündə üz-üzə gələcək komandalardan hansının mərhələ keçməsinin bizim üçün fərqi yoxdur. “Qəbələ” ancaq öz oyununu düşünməlidir. Biz yaxşı oyun nümayiş etdirib, bu mərhələni keçməliyik. İlk oyunun harada keçirilməsinin də önəmi yoxdur. Bilirəm ki, “Yagelloniya” son turadək Polşa çempionu adı uğrunda mübarizə aparıb. Bu da onların necə yaxşı komanda olmasının göstəricisidir. Gürcüstan təmsilçisi barədə çox məlumatım yoxdur. Amma hər iki komanda haqda məlumat toplayacağıq. Mövsümlərarası dövrdə heyətimizdə bir sıra dəyişikliklər gerçəkləşib. Amma futbolda belə olur. Bilirəm ki, azarkeşlərimiz yenə bizdən uğurlu çıxış gözləyir. Elə biz futbolçular da UEFA Avropa Liqasında yenidən qrup mərhələsinə düşməyi istəyirik. Bu hədəfə çatmaq üçün sonadək mübarizə aparacağıq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
16:51
“Araz-Naxçıvan” “Zirə” ilə oyunda qələbəni əldən verdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
31.10.2026
30.10.2026
29.10.2026
























