14 Dekabr 2025, Bazar günü
"Zirə" "Şamaxı"ya məğlub oldu
Elvin gündəm olan uşağı ziyarət etdi
UEFA reytinqində neçənciyik?
XV turun hakim təyinatları

Ölkə futbolu

Avroliqa: “Qəbələ”, “İnter” və “Zirə”nin 2-ci təsnifat mərhələsindəki rəqibləri bilindi

Bu gün Avropa Liqasında 2017/18 mövsümünün 1-ci və 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Futbolxeber.az-ın məlumatına görə, mərasim İsveçrənin Sürix şəhərində UEFA-nın mənzil qərargahında keçirilib.
 
Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində üç komanda - “Zirə”, “İnter” və “Qəbələ” təmsil edəcək. Mübarizəyə ilk təsnifat mərhələsindən start verəcək “İnter” və “Zirə” artıq rəqiblərini tanıyıb. Püşkün nəticəsinə görə, “İnter” Serbiya təmsilçisi “Mladost”la üz-üzə gələcək. “Zirə” isə Lüksemburq “Differdanj”ı ilə qarşılaşacaq. 
 
İlk oyunu evdə keçiriləcək zirəlilər bu mərhələni keçəcəyi təqdirdə “Astra”ya (Rumıniya) rəqib olacaq. “İnter” isə növbəti mərhələyə adlayacağı təqdirdə “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) cütünün qalibi ilə görüşəcək. 
 
Yarışa 2-ci təsnifat mərhələsindən başlayacaq “Qəbələ” “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə rəqib olub.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31