25 Oktyabr 2026, Bazar günü
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın

Ölkə futbolu

"Bakı" 1 gündə 3 məşq keçdi

 “Bakı” Futbol Klubunun Avstriyada təlim-məşq toplanışı davam edir. Futbolxeber.az-ın məlumatına görə, dünənki proqrama əsasən komanda 3 məşq keçib. Öncə, səhər saatlarında oyunçular çəki nəzarətindən keçərək məşq meydançasına yollanıblar. Məşq “ağ-göylər”in isinmə hərəkətləri ilə başlayıb. Əsasən toplu hərəkətlərdən ibarət olan məşq zamanı iki qrupa bölünən futbolçular qısamüddətli bir oyun da keçiriblər.

Səhər məşqindən sonra komanda trenajor zalına yollanıb və burada fiziki təmrinləri yerinə yetirib.

Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında keçirilən axşam məşqi güclü yağış səbəbindən cəmi bir saat davam edib. Komanda üzvləri əsasən driblinq və zərbələr üzərində çalışıb.

Əfran İsmayılovla Rauf Əliyev səhər və axşam məşqlərində iştirak etməyiblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31