4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

Nikolay Boqdanov: “Azərbaycan mənim vətənimdir”

"Neftçi”nin veteran futbolçusu Nikolay Boqdanov klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdən “ağ-qaralar”ın 80 illik yubileyi ilə bağlı martın 30-da Bakıda keçiriləcək tədbirə dəvət olunmuş 1966-cı ilin bürünc mükafatçısı sevincini belə ifadə edib:
 
"Neftçi”nin yubileyinə gəlmək mənim üçün xalqımızın Novruz bayramı kimidir. Öz vətəninə necə getmək olar?! Ən gözəl hisslərlə, ən gözəl təəssüratlarla. Bu mənim vətənimdir. Vətənim mənə yaşamağı, futbol oynamağı öyrədib. Bu mənim üçün hər şeydir. Bir vaxtlar çiyin-çiyinə oynadığım komanda yoldaşlarımla yenidən görüşmək istərdim. Bu bizim hamımız üçün çox böyük bayram olacaq. Bunu bizə yaşadan klub rəhbərliyinə minnətdaram. İnanıram ki, belə bir gündə azarkeşlər tribunanı dolduracaqlar”.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31