19 Yanvar 2026, Bazar ertəsi
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu

Ölkə futbolu

“Qarabağ”ın 150-si

Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionatlarında 150-ci səfər qələbəsini qazanıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, yubiley uğuru Topaz Premyer Liqasının XXI turunun “Sumqayıt”la görüşünə təsadüf edib. 4:0 hesablı qələbəyədək ağdamlılar 149 dəfə rəqib meydanlarında qalib gəlmişdi.
 
Səfərdəki 150-ci qələbə 352-ci matça təsadüf edib. “Qarabağ”ın hesabında 94 heç-heçə və 108 məğlubiyyət də var. Rəqib meydanlarındakı qol sayını 418-ə çatdıran ağdamlılar 328 top buraxıb.
 
Qeyd edək ki, səfərdə ən çox qələbəsi olan komanda “Neftçi”dir – 174. Bu iki klubdan başqa yalnız “İnter” rəqib meydanında 100-dən artıq qələbə əldə edib. Bakılıların 102 belə uğuru var.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31