Ölkə futbolu
Əliyar Ağayev: “Mənim səhvim onun səhvidir”
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev “Qafqazinfo”ya maraqlı açıqlamalar verib. Futbolxeber.az sizi həmin müsahibə ilə tanış edir.
- “Kəpəz” – “Qəbələ” oyununda ən çox müzakirə olunan məsələ qonaqların futbolçusu Nika Kvekveskiriyə verilən qırmızı vərəqədir. Açıqlamanızda demişsiniz ki, Nikaya qırmızı vərəqə verməsəydim belə, ikinci sarı ilə meydandan kənarlaşdıracaqdım. Amma birbaşa qırmızı vərəqə və ikinci sarıdan verilən qırmızı vərəqə arasında fərq var. Sanki qərarınızdan əmin deyilsiniz...
- Yox, qərarımdan əminəm. Fikirlərim yəqin sona kimi verilməyib və ya düzgün anlaşılmayıb. Protokola da qeyd etmişəm ki, aqressiv hərəkətdir. Sadəcə bildirmişəm ki, əgər qırmızı vərəqə olmadığını deyirlərsə, orada iki sarı vərəqə də var idi. Yəni birinci cərimə epizoduna görə, sonras isə etdiyi hərəkətə görə cəzalanacaqdı. Çünki “Qəbələ” tərəfi də bildirir ki, sarı vərəqə var idi. Mənim fikrim isə qətidir. Nika aqressiv hərəkət edir.
- Xəbərlər var ki, həmin oyunun fasiləsində “Qəbələ” tərəfi hakimlərə təzyiq edib...
- Bunlar protokolda qeyd olunub.
- Yəni elə hadisələr baş verib?
- Mətbuatdan oxudum ki, yazıblar hakimləri döyüblər. Amma, bu, yalandır. Hansı zamanda yaşayırıq ki, kimsə kimisə döyə. Amma təzyiq olub. Etiraz ediblər.
- “Kəpəz”in vurduğu qola görə?
- Bəli. Bir az gərginlik oldu. Yan xətt hakimi Rza Məmmədova etiraz edirdilər. Qolun ofsayddan vurulduğunu bildirirdilər. Deyirdilər ki, “oyundankənar vəziyyətdir, niyə görmürsünüz?”. Sırf bununla bağlı idi. Sonradan qırmızı vərəqəni də əlavə etdilər. Bütün bunları protokola yazmışıq. Yəqin ki, AFFA İntizam Komitəsi onları cəzalandıracaq. Amma epizoda hamınız baxmısınız və görünür ki, orada oyundan kənar vəziyyətdən söhbət gedə bilməz.
- “Qəbələ”nin idarə etdyiniz son iki oyununda hakimlərə qarşı etiraz olub, qalmaqal yaranıb. Düzdür, “Zirə” ilə matçda səhvlər birbaşa sizə aid deyildi...
- Biz briqada şəklində işləyirik. Yan xətt hakimi səhv edibsə, bu mənim səhvim sayıla bilər, ya mənim səhvim onun səhvidir. “Zirə” ilə oyunda hakim səhv edib cəzasını da çəkir.
- Belə bir fikir yaranıb ki, komandalar arasındakı söz-söhbətlər, olunan təzyiqlər hakimlərin səhv etməsinin səbəbidir...
- Yox, elə düşünmürəm. Komandalar arasındakı atışmalar, söz-söhbətlər ajiotaj yaradır. Əksinə, bu, futbola maraq gətirir. Düşünmürəm ki, hər hansı hakim buna görə səhv etsin.
- Səhvlərin Antalyadakı təlim-məşq toplanışından sonra baş verməsi də müzakirə olunur. Sizcə, bunun səbəbi nədir?
- Toplanış, onsuz da, hazırlıq üçündür. Ora gedəndə kimsə zəmanət vermir ki, hakim səhv etməyəcək. Avropa və ya dünya çempionatından öncə də hakimlərin toplanışı olur. Sonra gəlib turnirdə səhv edirlər. Bizdə də belə şeylər olur. Yəqin ki, bunun səbəbi var. Araşdırmaq lazımdır. Antalya toplanışı çox yaxşı keçdi. Şəxsən mənim özümə əla təsir etdi. Sonra İspaniyanın Malaqa şəhərində top hakimlərin seminarında olduq. Antalyadakı toplanışın nəticəsini gördük. Həm fiziki, həm nəzəri baxımdan özümüzü sübut etdik.
- Amma Ömər Paşayev orada testlərdən keçə bilməmişdi...
- Bu barədə heç nə deyə bilməyəcəm. Çünki biz ayrı-ayrı yerlərdə test verirdik. Kateqoriyalar üzrə idi testlər. Yeni gələnlər başqa yerdə test verirdilər.
- Xaqani Məmmədov bu yaxınlarda mətbuata açıqlama vermişdi ki, Əliyar Ağayevin Çempionlar Liqası və ya Avropa Liqasının növbəti mərhələlərinə təyinatı gözlənilmir...
- Düzdür. Çünki ora təyinat almaq üçün birinci və ya elit kateqoriyaya sahib olmaq lazımdır. Yalnız dünya çempionatının seçmə mərhələ oyunlarına təyinat ala bilərik. Gözləyək.
- Birinci kateqoriyaya keçidiniz nə vaxt mümkün olacaq?
- Yəqin ki, iyunda. Qaydalarda dəyişiklik etdilər. Kateqoriyadan kateqroiyaya keçid ildə bir dəfə olacaq. Dekabrda bunu gözləyirdik. Amma dəyişikliyə görə yaya qaldı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
-
18:48
Nazarov: “Azərbaycandan təklifim olmayıb”
-
18:31
“Qarabağ”dan fanşopla bağlı yenilik
-
18:16
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
17:53
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
-
13:21
“Turan Tovuz” - "Fənərbaxça” oyununa böyük maraq: 1 saata 6 min bilet satıldı
-
13:00
İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
23.09.2026
22.09.2026
























