8 Avqust 2026, Şənbə
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı

Ölkə futbolu

AFFA-nın Kosovo qərarı

"Biz UEFA-nın qaydalarına uyğun olaraq, Kosovo yığması ilə həm evdə, həm də səfərdə oynayacağıq". 
 
Futbolxeber.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib. O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının 2019-cu il Avropa çempionatının seçmə qrup mərhələsində Kosovo yığması ilə qarşılaşma haqqında danışıb.
 
Nərimanoğlu bildirib ki, futbol idman növüdür və bunun siyasətə heç bir qarışacağı yoxdur: "UEFA da siyasi qurum deyil, idman təşkilatıdır. Bu səbəbdən, Avropa futbol qurumunun qaydalarına əsasən, oyunlarımızı keçirəcəyik. Üstəlik Kosovo idmançıları "Bakı 2015" I Avropa Oyunlarında da iştirak edib".
 
Azərbaycan yığması AÇ-2019-un seçmə qrup mərhələsində Almaniya, İsrail, Norveç, İrlandiya və Kosova yığmaları ilə mübarizə aparacaq.
 
Qeyd edək ki, Azərbaycan Kosovonu müstəqil dövlət kimi tanımır.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31