21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

“Qəbələ” onlarsız çalışdı

2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” təlim-məşq toplanışının 13-cü gününü yekunlaşdırıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, Roman Qriqorçukun yetirmələri ötən gün iki hazırlıq keçib. İlk hazırlıq nəzəri məşğələdən ibarət olub. Bu, günün ilk yarısına təsadüf edib. Günün ikinci yarısında isə “qırmızı-qaralar” axşam məşqinə çıxıb. Komanda toplu çalışmalarla məşq edib. Məhəmməd Mirzəbəyov və Elvin Camalov isə fərdi hazırlıqla kifayətlənib. 
 
Şimal təmsilçisi bu gün Antalya toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar”ın 4-cü matçdakı rəqibi Makedoniyanın “Şkendiya” klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
 
Xatırladaq ki, “Qəbələ” bunadək Albaniyanın “Partizani” (1:2), Rumıniyanın “Qaz Metan” (1:0) və Qazaxıstanın “Ordabası” (0:0) klubları ilə görüşüb.
 




< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30