13 May 2026, Çərşənbə
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Ölkə futbolu

“Kəpəz”in legioneri qayıtdı

Həftəsonu Topaz Premyer Liqasında qış fasiləsi başa çatacaq və komandalar mövsümün ikinci hissəsi üçün mübarizəyə start verəcəklər. 
 
Futbolxeber.az-ın məlumatına görə, 2017-ci ilin ilk rəsmi matçında, XV turda “Kəpəz” səfərdə “İnter” ilə qarşılaşacaq. Bakıda keçirilən təlim-məşq toplanışından sonra iki gün istirahət edən Gəncə təmsilçisi bu gündən qarşıdakı oyunun hazırlığına start veriblər. Komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlaşır. “Sarı-göylər”in məşqi saat 11:00-da başlayıb. Yanvarın 26-na kimi Şahin Diniyevin komandası eyni vaxtda Mərdəkanda məşqə çıxacaq. “Kəpəz” Bakı təmsilçisi ilə matçdan öncəki hazırlıq prosesini görüşə ev sahibliyi edəcək “İnter Arena”da keçirəcək.
 
Türkiyədə bir müddət öncəki qeyri-sabit hava şəraitinə görə vətəni Braziliyada ləngiyən Dario Frederiko da artıq komandaya qoşulub və məşqlərdə iştirak edir.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31