25 Oktyabr 2026, Bazar günü
Millimiz Andoraya qalib gəldi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi

Ölkə futbolu

Prosineçkinin Türkiyəyə getməməsinin səbəbi bilindi

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Premyer Liqada çıxış edən klubların və 21 yaşadək futbolçulardan ibarət yığmanın qış təlim-məşq toplanışını izləmək üçün Türkiyənin Antalya şəhərində gedəcəyi ilə bağlı yazmışdıq. 
 
Futbolxeber.az-ın məlumatına görə, təcrübəli çalışdırıcının səfəri təxirə düşüb. Bu barədə "Report"a baş məşqçinin tərcüməçisi Aydın Rüstəmov məlumat verib. 
 
O bildirib ki, xorvatiyalı mütəxəssis şəxsi işləri ilə əlaqədar qardaş ölkəyə gedə bilməyib. Hazırda Bakıda olan 48 yaşlı məşqçi Türkiyəyə gedib-getməyəcəyi bilinmir.
 
Qeyd edək ki, Robert Prosineçkinin Antalyada U-21 yığmasına baxışa dəvət olunan Hollandiyanın "Feyenoord" klubunun türk əsilli futbolçusu Ozan Kökcünün çıxışını da izləməsi nəzərdə tutulmuşdu. Proqrama əsasən, xorvatiyalı mütəxəssis yanvarın 13-də Türkiyəyə yollanmalı idi.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31