12 Fevral 2026, Cümə axşamı
Berdıyev 4 oyunluq cəzalandı
Yuri Vernidubdan qələbə şərhi
"Qarabağ" və "Neftçi"dən qələbə
Almeyda rəsmən “Neftçi”də

Ölkə futbolu

Təbriz Həsənov: “Qrupdakı oyunların üçündə də qalib gəlməliydik”

19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirdə İran yığmasını 1:0 hesabı ilə məğlub etdikləri görüşdən danışıb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis minimal hesablı qələbəni belə şərh edib:

“Nəhayət, turnirdə ilk qələbəmizi qazandıq, hərçənd qrupdakı oyunların üçündə də qalib gəlməliydik. Bu gün əvvəlki oyunlarda olduğu kimi baxımlı oynamadıq. Çoxlu top itkisinə yol verdik, müəyyən epizodlarda qarışıqlıq yaranırdı, amma bütün bunlar anlaşılandır: komanda ardıcıl qələbə qazana bilməyəndə uşaqlarda tərəddüd, inamsızlıq yaranır. Rəqib yaxşı müdafiə olunur və pressinq tətbiq edirdi. Artıq bizim üçün hansı pillə uğrunda oynamağımız böyük əhəmiyyət kəsb etmir, əsas özünəinamı qaytarıb öz futbolumuzu oynaya bilməkdir”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28