Ölkə futbolu
Ruslan Əmircanov: “Bu həmin komandalara baha başa gələ bilər” (MÜSAHİBƏ)
Hazırda AZAL-da çıxış edən millimizin sabiq üzvü – müdafiəçi Ruslan Əmircanovun futbolxeber.az saytına müsahibəsi:
- Komandanın fasiləyə qədərki çıxışını necə dəyərləndirərdin?
- Düzdü, fasiləyə sonuncu pillədə yollandıq. Amma heç də zəif təsir bağışlamadıq. Elə matçlar oldu ki, rəqibdən üstün oynadıq, amma istədiyimiz nəticə alınmırdı. Elə bil, bəxt bizdən üz döndərmişdi. Udulası oyunlardan heç-heçə ilə ayrıldıq, yaxud uduzduq. Elə bil, nəsə çatmırdı ki, meydandan 3 xalla ayrılaq. Bu həmin AZAL idi ki, ötən mövsüm “İnter”dən başqa bütün komandaları evdə məğlub etmişdi. Bu mövsüm biz də həmin uğuru davam etdirmək istəyirdik. Amma müəyyən səbəblərdən oyunlarda məğlub olduq, xallar itirdik. Hər şeyi baş məşqçinin üstünə də atmaq olmaz. O tapşırıqlar verir, meydana çıxıb oynamır. O tapşırıqları yerinə yetirən bizik. Bizim səhvlərimizdir ki, elə oyunlar olur, axırıncı dəqiqələrdə qol buraxırıq və üstün olduğumuz oyundan heç-heçə ilə ayrılırıq. 5 dəfə heç-heçə etmiş, ancaq “Neftçi”yə qalib gələ bilmişik.
- Qış tətilinə 2-ci pillədə yollandınız. Bu nəticəni gözləyirdiniz?
- Mövsümün əvvəlində desəydilər ki, qış fasiləsinə sonuncu pillədə yollanacaqsınız, özümüz də inanmazdıq. Əlbəttə ki, bu, futboldur və futbolda hər şey ola bilir. İndi məşqlərimiz başlayıb. Çalışacağıq ki, fasilədən sonra o əldən verdiyimiz şansları bir də buraxmayaq. Hər bir xal bizə hava-su kimi lazımdır. Fasilədən sonra birinci oyunumuz “Zirə”yə qarşı olacaq. Çalışacağıq ki, uğurlu oyunların təməlini elə bu matçda qoyaq.
- Qış fasiləsində komandadan ayrılan futbolçular oldu (Mətbuatda yazılanlara görə Brayan Fok, Adan Koronado, Mirzağa Hüseynpur, David Canelidze, Tagim Novruzov, Qvanzav Maqomedov, Ruslan Nəsirli AZAL-la yolları ayırıb). Səncə, bu amil oyunlarınıza necə mənfi təsir göstərə bilər?
- Hardasa 7-8 futbolçu komandadan ayrılıb. Onların da komandanın indiki nəticəsində zəhmətləri olub. Onların komandaya xeyir vermədiyini demək olmaz. Hər bir futbolçu komandaya nəsə verir. Eləsi var bunu göstərə bilir, bəziləri də bu müddət ərzində potensialını ortaya qoya bilmir. Heç biri də zəif futbolçu deyil. Futbolçu karyerası ərzində belə hadisələrin olması normaldır. Ola bilər, onlar gedib başqa komandada AZAL-dakından da yaxşı çıxış göstərə bilərlər. Onların hamısı dostumuz-qardaşımızdır. Yəqin ki, rəhbərlik gedən futbolçuların da yerinə yeni oyunçular gətirəcək.
- Artıq məşqlərə başlamısınız? Hazırlıqlar necə keçir?
- Bəli, bu gündən (5 yanvar) məşqlərə başlamışıq. 3 gün bərpa məşqləri keçəcəyik. Müasir futbolda olduğu kimi. Bu 3 gün ərzində qarşıdakı ağır məşqlərə hazırlaşırıq. Əlbəttə ki, toplanış məşqləri ağır olur. Bu prosesi də keçmək vacibdir. Biz də çalışacağıq ki, yaxşı hazırlaşaq və bununla yanaşı prosesi zədəsiz başa vuraq.
- Klubun qışda heyətini yeni futbolçu – Sadio Tonkara ilə gücləndirib. Malili yarımmüdafiəçi “Xəzər Lənkəran”da çıxış edərkən komandanın ən güclülərindən idi. Komandanın təcrübəli üzvü kimi onunla bağlı nə deyə bilərsən? Səncə, 24 yaşlı oyunçu AZAL da yaxşı kömək edə biləcək?
- Düzdü, Tonkara komandaya ilk gələndə yaxşı formada deyildi. Müəyyən müddət meydanlardan kənar qalmışdı. İndi hiss edirsən ki, yavaş-yavaş əvvəlki formasını qaytarır. “Xəzər Lənkəran”dakı kimi tam hazır olduğunu deyə bilmərəm. Amma yaxşı futbolçudur. Məşqçimiz də inanmasa, onu komandaya götürməzdi. Onun potensialına inanıb ki, komandaya gətirib. Məşqlərdə də yaxşı çalışır. İnanıram ki, tam formaya düşəndən sonra komandaya böyük köməyi dəyəcək.
- Öz karyeranla bağlı nə deyə bilərsən? AZAL-dakı fasiləyə qədər olan çıxışını necə dəyərləndirərdin?
- Deməzdim ki, super oyunlar göstərdim. AZAL-ın məğlub olduğu matçlarda da oynadım, heç-heçə etdiyimiz və qələbə qazandığımızda da meydanda idim. Özüm də hiss edirəm ki, AZAL-da əvvəlki komandalarda – “Neftçi” və “İnter”də olduğu kimi çıxış edə bilmədim, tam potensialımı ortaya qoya bilməmişəm. İnanıram ki, qış fasiləsindən sonra əvvəlki Ruslan Əmircanovu görəcəksiniz. Düzdü AZAL-da yaxşı oynadığım matçlar da oldu. Amma komanda məğlub olduğundan mənim də çıxışım gözə dəymədi.
- Ola bilərmi ki, qış transfer dönəmində AZAL-I tərk edəsən? Başqa klublardan təklif almısan?
- Hansısa komandadan real təklif yoxdur. Müqavilə mövsüm sonunda başa çatır. Ola bilər ki, xaricdən təklif gəlsə, bunu dəyərləndirə bilərəm. Çünki məşqçimiz də deyir ki, futbolçularımın xaricdə çıxış etməsini istərdim. Xaricdən təklif gəlsə, AZAL-ı tərk edə bilərəm.
- Təcrübəli futbolçu kimi Premyer Liqadakı komandaların fasiləyə qədər göstərdiyi çıxışları və nəticələri necə dəyərləndirərdin? Bu komandalardan hansısa səni müsbət və ya mənfi cəhətdən təəccübləndirə bildimi?
- Əlbəttə ki, digər komandaların, yəni rəqiblərimizin çıxışları ilə bağlı nəsə demək düzgün olmaz. Amma hamı gözləyirdi ki, “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi” və “Zirə” komandaları yuxarı yerlərdə, “ilk beşlik”də qərarlaşacaqlar. Lakin gözləntilərdən bəziləri baş tutmadı. Hazırda “Sumqayıt” 4-cü yerdədir. Ondan aşağıda “Zirə” qərarlaşıb. Ötənilkinə baxanda, “Zirə” bir az zəif təsir bağışladı. Təəccüblü məqamlardan biri də “Neftçi” ilə bağlıdır. Hazırda onlar bizdən bir pillə yuxarıda – 7-ci pillədə qərarlaşıblar. Komandada eniş oldu. Bu komanda Azərbaycanın flaqmanıdır. Mən də 3 il orada çıxış etmişəm. Onları belə görəndə bir az təəccüblü gəlir. Ümid edirəm ki, onlar da toparlanacaq və bütün komandalar çempionatda öz yerini tapacaq.
- Növbəti mövsüm Premyer Liqada komandaların sayının artacağı gözlənilir. Səncə, bu amil çempionata necə təsir göstərər? Necə düşünürsən, I Diviziondan elitaya gəlib, bu liqaya rəng qatacaq potensialda komandalar var?
- Bəli, biz də bu barədə eşitmişik. Çempionatda komanda sayı nə qədər çox olsa, o qədər yaxşıdır. Bu futbolçular üçün də yaxşıdır. Klubsuz qalan oyunçular özlərini yaxşı tərəfdən göstərib bu komandalara düşə bilərlər. Aşağıdan gələn komandalar da sürpriz olurlar. Misal üçün aşağı liqadan “Energetik” gəlib, amma sən deyə bilməzsən ki, onları böyük hesabla udacağıq. Bu həmin komandalara baha başa gələ bilər. Açığı, bilmirəm kimlər gələcək, amma elitada komandaların sayı çox olsa, bu, çempionatımızın inkişafı üçün də yaxşı olar.
Söhbətləşdi: Elmar
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Kanada millisindən tarixi nəticə
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın rəqibi bəlli oldu
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- Dambrauskasa verilən “gic-gic suallar”
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
12:15
“Qəbələ”ni Ermənistan klubuna dəyişdi
-
11:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
Uruqvaydan xal itkisi VİDEO
-
11:07
Elvin Cəfərquliyev də “Qarabağ”la Avstriyaya getdi
-
10:54
"Qarabağ" Avstriyaya yollandı
-
10:30
Ruan Renato: “Turan Tovuz”un adına məyus oldum”
-
10:12
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:45
İspaniyanın DÇ-2026-dakı ilk qələbəsi VİDEO
-
20:59
Zlomisliç rəsmən “Qarabağ”da
-
19:24
“Neftçi” kapitanlarla müqaviləni yenilədi
-
15:41
Bədavi daha bir 1 il “Qarabağ”da
-
14:35
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
-
13:56
Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdir”
-
13:18
Boksçumuz Dünya Kubokunda qızıl medal qazanıb
-
12:23
Yaponiya 3 xalı 4 qolla qazandı VİDEO
-
12:00
"İmişli"də yeni məşqçi təyinatları
-
11:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
“Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
-
10:49
“Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
-
10:21
Almaniya millisindən geridönüş VİDEO
-
10:04
DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi
-
08:55
Jali Muaddib: “Qarabağ”da ikinci Zubir olmaq istəyirəm”
-
23:59
"Neftçi" yeni mövsümün hazırlıqlarına start verdi FOTOLENT
-
23:43
Rəşad Sadıqov: “Avrokuboklardan imtina etmək istəyirdik”
-
23:24
Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib FOTOLENT
-
22:31
Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olunub FOTOLENT
-
22:16
Qurban Qurbanov: “Hədəfimiz avrokubokların qrup mərhələsidir”
-
21:05
“Şahdağ Qusar” legioneri ilə müqavilə müddətini uzatdı
-
20:28
"Qarabağ" - "Zirə" oyununda 7 qol vuruldu
-
20:12
"Turan Tovuz" 2 futbolçusu ilə yolları ayırdı
-
19:30
“Neftçi” onunla müqaviləni yenilədi
-
18:56
“Zirə”dən yeni qapıçı transferi
-
17:49
“Xankəndi” məşqçisini göndərdi
-
16:54
“Neftçi”dən yarımmüdafiəçi transferi
-
16:26
“Qarabağ”ın təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
16:03
"Zirə"də gözlənilməz ayrılıq
-
15:41
Rafael Fiziyev Bakıya gəlib
-
14:15
Ronaldinyo karyerasını bərpa edir
-
13:32
Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb
-
13:20
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:58
"Şamaxı"nı Bakı klubuna dəyişdi
-
12:07
Türkiyənin məğlubiyyəti VİDEO
-
11:49
Futzal millimizin baş məşqçisi: “Cəsarətli və əzmkar olmaq lazımdır “
-
11:16
Braziliya millisindən 3 qollu qələbə VİDEO
-
10:34
DÇ-2026: Türkiyə millisi antirekorda imza atdı
-
09:53
Türkiyə - Paraqvay oyununun ən yaxşısı o seçildi
-
09:05
DÇ-2026: Türkiyədən erkən vida
-
23:55
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
-
22:48
3 boksçumuz Dünya Kubokunun yarımfinalında
-
21:24
PFL onları mükafatlandırdı
22.06.2026
21.06.2026
20.06.2026
19.06.2026























