26 Sentyabr 2026, Şənbə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Ölkə futbolu

“Qəbələ”də Rikardinyo sevinci

Qış fasiləsinə ikinci pillədə yollanan “Qəbələ” hazırlığı Antalyada bərpa edəcək. 
 
Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” yanvarın 9-da Türkiyəyə yola düşəcəklər. Legioner futbolçular ölkələrindən birbaşa Antalyaya gedərək, orda kollektivə qoşulacaqlar. Ötən ilin sonunda sıradan çıxmış Rikardinyo zədəsini artıq sağaldıb. Ölkəsində bərpa olunan braziliyalı müdafiəçi “Qəbələ”nin Antalya toplanışına tam hazır vəziyyətdə qatılacaq.
 
Onunla müqayisədə, Baqali Dabo bir qədər gözləməli olacaq. Fransalı hücumçu da zədəsini, demək olar ki, sağaldıb. Sadəcə, Dabo Türkiyə toplanışının ilk günündən kollektivlə məşqlərə başlaya bilməyəcək. O, 2-3 gündən sonra məşqlərdə tam gücü ilə iştirak edəcək.
 
Qeyd edək ki, “Qəbələ” qış fasiləsindən sonra çempionatda ilk oyununu “Sumqayıt”a qarşı keçirəcək. (Apasport.az)
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30