12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Ozobiç: "O, Azərbaycanın 1 nömrəli ulduzudur"

"Qəbələ"nin xorvatiyalı futbolçusu Fikip Ozobiç milliyə dəvət alamsı ilə bağlı açıqlama verib.

Futbolxeber.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi dəvətə görə yığmanın baş məşqçisinə təşəkkür edib: “Mövsümün ilk yarısını yaxşı keçirdim. Milli komandaya dəvət almağım mənim üçün gözəl mükafatdır. Ümid edirəm ki, etimadı doğrulda biləcəm. Ante Çaçiçə təklifə görə təşəkkür edirəm. Bu, hər bir futbolçu üçün yaxşı şansdır. Yığmaya dəvət alan futbolçular bunu haqq edirlər. Özümüzü yaxşı göstərsək, sonda bizi işıqlı günlər gözləyir”.

O, ölkəmiz haqda da danışıb: “Bakı möhtəşəm şəhərdir. Böyükdür və Paris kimi gözəldir. Mən Bakını “yeni Dubay” adlandırıram. Azərbaycanda futbola böyük yatırım edilib. Amma stadionlara azarkeş az gəlir. Ümid edirəm ki, bu vəziyyət də düzələcək”.

Ozobiç həmyerlisi və milli komandamızın baş məşqçisi Robert Prosineçkidən ağız dolusu danışıb: “Robert Prosineçki Azərbaycanın 1 nömrəli ulduzudur. O, ölkə prezidenti ilə də görüşüb və uğurlu çıxışlara görə təbrikləri qəbul edib”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30