Ölkə futbolu
Asif Məmmədov: “ili həm özüm, həm komanda üçün uğurlu hesab edirəm”
“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda AZAL üzərində 1:0 hesablı qələbə qazanıb.
Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar”a qələbə gətirən qolu Asif Məmmədov vurub. Matçın 53-cü dəqiqəsində rəqib qapısına yol tapan futbolçu oyun haqda fikirlərini klub saytına açıqlayıb:
“Oyun çox çətin alındı. Öncədən də ağır qarşılaşma olacağını bildiyimizdən, matça ciddi hazırlaşmışdıq. İlk oyunda qazandığımız üstünlük minimal olduğundan cavab görüşü həlledici xarakter daşıyırdı. Buna görə matça hazırlığımız yüksək səviyyədə idi. Baş məşqçimiz də vacib tapşırıqları vermişdi. 4-cü dəfə qarşılaşdığımız AZAL bütün oyunlardakı kimi bu dəfə də yaxşı nəticə üçün mübarizə apardı. Amma çətin də olsa, qələbə qazandıq. İlin son qarşılaşması idi. Belə oyunlar həmişə ağır alınır. Çünki hər bir komanda fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanmaq istəyir və bütün qüvvəsi ilə mübarizə aparır. Sevinirəm ki, qalib gəlib, ili qələbəylə bitirdik. Düşünürəm ki, daha istəkli olmağımız sayəsində qələbə qazandıq”.
“Qəbələ”nin heyətində 9-cu qolu vuran Məmmədov bunun həm qələbə baxımından, həm şəxsi mənada mühümlüyünü qeyd edib: “Ötən oyunda çox əlverişli qol imkanını qaçırmışdım. Bu, özümə də pis təsir etmişdi. Ona görə də indi qol vurmağım çox yaxşı oldu. Həm özünəinamı artırmaq baxımından, həm də qış fasiləsinə yüksək əhval-ruhiyyədə yollanmaq üçün bu qol lazım idi. İndi çalışıb, bunun davamını gətirməliyəm. Ən əsası isə bu qol komandamıza qələbə qazandırdı. Təbii ki, komandanın uğuru ən önəmlisidir”.
Təcrübəli yarımmüdafiəçi görüşdə qaçırılan qol imkanlarından, bunun son matçları əhatə etməsinə də toxunub: “AZAL-la matçda mənim də, komanda yoldaşlarımın da qaçırdığı imkanlar da oldu. Son vaxtlar həqiqətən də xeyli sayda qol epizodlarını boşa veririk. Bütün bunlara baxmayaraq, kifayət qədər məhsuldar da çıxış edirik. Premyer Liqada da ən çox qol vuran komandayıq. Məncə qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur. Hesab edirəm ki, bu da yorğunluqla bağlıdır. İlin sonudur və nəzərə almaq lazımdır ki, mövsümün 5-6 ayı ərzində 31 oyun keçirmişik. Heç əksər aparıcı futbol ölkələrində rəqəm belə yüksək deyil. Bu üzdən yorğunluq başadüşüləndir. Baş məşqçimiz də bu iradı bizə bildirir. Ümid edirəm ki, qış fasiləsində bunun üzərində çalışıb, çatışmazlığı aradan qaldırarıq”.
2016-cı ildə son matçını keçirən “qırmızı-qaralar”ın yarımmüdafiəçisi başa çatmaqda olan ili dəyərləndirib: “2016-cı il bizim üçün çox gözəl alındı. UEFA Avropa Liqasının qrupunda oynadıq. Daxili yarışlarda – çempionat və kubokda da çıxışımızı uğurla davam etdiririk. Bu üzdən başa çatmaqda olan ili həm özüm, həm komanda üçün uğurlu hesab edirəm. İlin ikinci yarısı bizim ağır və yaxşı alındı. Ağır olması oyun sayının çoxluğu ilə bağlıdır. İnanıram ki, qarşıdakı il də belə uğurlar baxımından daha zəngin olacaq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























