30 May 2025, Cümə
Finalın hakimləri müəyyənləşdi
Millimiz İngiltərəyə qalib gəldi
Mustafazadə final oyunu haqda
“Difai” I Liqadakı yerini qorudu

Ölkə futbolu

Adil Şükürov istefaya çağırılmasından danışdı

"Neftçi"ni təbrik edirəm. İki oyunun nəticəsinə görə qalib gəlib, yarımfinala çıxdı". 
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov deyib. Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi"nin qonağı olan "Zirə" 2:1 hesablı qələbə qazansa da, 2 oyunun nəticəsinə görə mübarizəni dayandırıb.
 
Matçdan sonra mətbuat konfransı keçirən Şükürov bunları deyib: "Komanda qələbə üçün əlindən gələni etdi. Bəzi nüanslar var ki, bizə mane oldu. Kubokda dayanmağımız çempionata daha çox diqqət göstərməyimizə səbəb olacaq".
 
- "Zirə"nin azsaylı azarkeşləri sizi istefaya səslədilər...
- Bu il azarkeşlər daha çox şey gözləyirlər. Amma bizi bura gətirən rəhbərlik var. Mən də etimadı doğrultmağa çalışıram. Düzdü, son vaxtlar stabil çıxış etmirik. Bunu düzəltməyə çalışacağıq.
 
- Qış fasiləsində kimlərlə yolları ayırıb, kimləri komandaya gətirmək fikrindəsiz?
- Bəzi planlarımız var. Çalışacağıq ki, onları həyata keçirək. Amma kimləri göndərib, kimləri gətirəcəyimizi demək hələ tezdi. (Apasport.az)
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31