Ölkə futbolu
Qurban Qurbanov: “Heç nə alınmadı”
“Oyun haqda çox şey danışmaq olar. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar”.
Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Avropa Liqasının V turunda “Slovan”a Çexiyada böyük hesabla (0:3) məğlub olan Ağdam təmsilçisi növbəti mərhələ şansını təhlükəyə atıb.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun şərhi belə olub: “Demək olar ki, heç nə alınmadı. İlk hissədə bir neçə qol vəziyyətimiz oldu, istifadə etməli idik. İkinci hissədə tam fərqli oyun oldu. Son vaxtlar bu qədər uduzduğumuz epizod olmadı. Oyuna yenidən baxıb təhlil edəcəyik. Bütün diqqətimizi son görüşə yönəldəcəyik”.
- Düşünmürsüz ki, hesab 0:1 olarkən Muaremin qaçırdığı epizod həlledici oldu?
- Ola bilərdi. Matçdan əvvəl tamam fərqli, indi fərqli düşünürük. Belə şeylərə hazır olmalıyıq. Amma futbolçular diqqətli olmalıdılar. Futbolda bəzən sən qol vurmursan, sənə vururlar. PAOK-un “Fiorentina”nı məğlub etməsi hələ hər şey deyil. İkinci ildi ki, şans son tura qalır. Hər oyun, hər məğlubiyyət bizim üçün təcrübədi. Avropada elə bir komanda yoxdu ki, 2-3 oyun uduzub, belə çıxış edirlər. “Slovan” öz çempionatında böyük hesabla məğlub olsa da, bu gün tam fərqli çıxış etdi.
- Bu gün nədə uduzdunuz?
- Biz komandayıq, kollektivik. Burda bunu açıqlamayacam. Bu kəlama önəm vermirəm. Hər birimizin öz missiyamız var. Məğlub olmuşuqsa, deməli, hamımız buna layiq idik.
- Rəqibin qələbəsinin səbəbi nə idi?
- Rəqib eyni futbolu oynadı. Çalışıram meydança amilini göstərməyim. Bu gün rəqibin pressinqindən çətin çıxdıq. Oyun ərzində 20 dəfə uzun top oynadılar, 18-də qalib gəldilər. Əsas bunda uduzduq. Koliniçenka yəqin ki, ən yaxşı oyununu keçirdi. Futbolçularımı qınamaq istəmirəm. Topla davranmaq ağır idi, tez-tez sürüşürdülər. Halbuki buna hazırlaşmışdıq. Uzun top zamanı topun ətrafına iki nəfər getməlidi ki, top bizdə qalsın. Amma rəqib bunun üzərində ilboyu işləyir.
- Migel Madera oyunboyu aqressiv idi. Bu nədən qaynaqlanırdı?
- İlk dəqiqələrdən mübarizə getdi. Bəzən oyunçuya həddən artıq yaxın oynayanda, o istər-istəməz əsəbləşir. Migel uduzmağı xoşlamayan futbolçudu. Bəzən bizim görmədiyimiz epizodlar olur. Bu halları normal qarşılamaq lazımdı. Onun meydanda olması bizim üçün vacib idi. Boyuna görə. Amma sarı vərəqə alaraq, cəzalı duruma düşdü.
- Yenə həlledici oyun İtaliya təmsilçisi ilə olacaq...
- Bizim üçün fərqi yoxdu. Amma belə matçlarda bu cür rəqiblər daha çox soyuqqanlı, hazırlıqlı olurlar. Futbolçuların hamısı məsələni burda həll etməyi düşünürdü. Amma belə görüşlərdə həddən artıq soyuqqanlı oynamaq lazımdı.
- Dino Ndlovunu meydanın ən yaxşısı saymaq olarmı?
- Kimisə fərqləndirmək istəmirəm. Yarımmüdafiəçilər də çox qaçdılar.
- PAOK-un “Fiorentina”ya qalib gəlməsini gözləyirdinizmi?
- Açığı, gözləyirdim. Çünki PAOK “Fiorentina” üçün çətin rəqibdi. İlk oyunda bunu göstərmişdi. Yunanları hər iki matçda məğlub etsək də, öz oyun üslubları var. Azarkeş kimi, belə şeyləri gözləməliyik, hazır olmalıyıq. Tələsməməliyik. Hamı qələbə istəyir. Amma bəzən tələskənlik diqqətsizliyə gətirib çıxarır. “Rostov”un da “Bavariya”nı məğlub edəcəyini heç kim gözləmirdi. Amma Avropada futbol fərqlidi.
- Hər şey yenə öz əlinizdə olacaq. Bu, müsbət, yoxsa mənfi haldı?
- Biz rəqibi təhlil edib, komandanı hazırlayırıq. Bizdən asılı olmayan şeylər var. Deməməliyik ki, öz əlimizdədi. Çünki “Fiorentina” bizdən qat-qat güclü komandadı. Futbolda gözlənilməz nəticələr olur. Məncə, gözləmək lazımdı. Bəlkə Bakıda daha maraqı olacaq.
|
Qurban muellim deyirsiz telesmemeliyik. Bes ne etmeliyik. Sizin komandaniz ikinci defedir bu veziyyete dusur. Fiorentinaya burda uduzacaqsiniz sonrada teselli tapacaqsinizki guclu komandaya qarsi uduzduq. Ona gorede dunen Slovan komandasini udmaq lazim idi Qurban muellim. Men dunenki oyuna gore Qarabag komandasian haqq qazandira bilmerem.Eksine komanda cox zeif cox tecrubesiz adina yarasmayan komanda kimi tarixe dusdu.Heyyetde deyisiklikler etmek lazimdir. Komanda da vuran ayaq yoxdur. Men bu oyunla Qarabagin qrupda qalacagini dusunurem. Cunki bu oyunla hec ne etmek olmaz Fiorentinanin qabaginda.
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























