11 Avqust 2026, Çərşənbə axşamı
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

Ölkə futbolu

“Bursaspor”un hücumçusu millimizdə

Türkiyənin "Bursaspor” klubunun hücumçusu Dəniz Yılmaz milli komandamızda çıxış edəcək. Bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Türkiyənin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmiş 28 yaşlı hücumçu bir müddət əvvəl  AFFA-dan  təklif almışdı. Futbolçu bu təklifi qəbul etdiyini bildirib:

“Azərbaycanlılar məni çox istədi. Bunun üçü 3 il gözlədilər. Sonuncu dəfə onlara demişdim ki, Türkiyə millisinin Avropa çempionatı üçün heyətinə dəvət almasam, təklifinizi qəbul edəcəm. Ümid edirəm ki, bu, həm mənim, həm də Azərbaycan millisi üçün yaxşı olar”.

Qeyd edək ki, Dəniz Yılmaz "Maynts”, "Paderbörn”, "Elazığspor” və "Trabzonspor” kimi komandalarda çıxış edib. Ötən mövsüm “Bursaspor”a keçən hücumçu 11 oyuna 3 qol vurub.

Mənbə: qol.az








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31