Ölkə futbolu
AZAL rəsmisi hakimləri “yıxdı-sürüdü”: “O ya gözdən əlildi, ya da...”
AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynovun müsahibəsi
- Topaz Premyer Liqasında 2016/17 mövsümü AZAL üçün uğursuz başladı. Komandanızın ilk turda “Neftçi”yə məğlubiyyətini (0:2) nə ilə əlaqələndirərdiniz?
- İmkan verirlər ki, uğurlu başlanğıc olsun. Açığı, oyun gözləniləndən də maraqlı keçdi. Fikrimcə, AZAL-ın hazırkı heyəti ötənilkindən heç də zəif deyil. İlk görüş olsa da, komanda yaxşı təsir bağışladı. Amma təəssüf ki, hakimlər yersiz müdaxilələrlə bizə qarşı qərəzli mövqe ortaya qoydular və qələbə qazanmağımıza imkan vermədilər.
- 14-cü dəqiqədə Röyal Nəcəfovun zərbəsindən sonra top qapı xəttini keçsə də, baş hakim Rəhim Həsənov komandanızın qolunu qeydə almadı. Hakimin bu qərarını necə şərh edərdiniz?
- Biz AFFA və PFL rəhbərləri ilə birlikdə oturmuşduq. Həmin epizodda topun qapı xəttini tam keçdiyini hamı gördü. Dönən topu yenə bizim oyunçu qapıdan keçirir, hakim qapıçıya qarşı kobudluq qeydə alır. Axı orda qapıçı gəlib futbolçuya toxunur. Qapının arxasında dayanan hakim Ramil Diniyev gözünün qarşısında olan epizodu görmürsə, bu adamı meydana niyə buraxıblar? O ya gözdən əlildi, ya da bizə növbəti mesajı verir ki, heç nədə qorxmuram, istədiyimi edirəm. Belə biabırçılıq olmaz. Ötənilki “Rəvan” - “Xəzər Lənkəran” matçından sonra onu gərək ya həmişəlik məzuniyyətə göndərərdilər, ya da futboldan uzaqlaşdırardılar. Belə epizodları görmürlərsə, daha 5-6-cı hakimlər kimə lazımdı? Pulun olmadığı vaxtda PFL onlara artıq pulları nə üçün verir? Diniyev kimi müftəxora orda boş yerə pul verirlər. Hələ utanmaz-utanmaz deyir ki, qol olmadığına əminəm.
- Düşünürsünüz ki, hakimlər AZAL-ı qəsdən uduzdurdular?
- Bəli, bizi qəsdən uduzdurdular. 3 xalımızı əlimizdən aldılar. Qolu qeydə alsaydılar, oyun başqa cür davam edəcəkdi və bəlkə də, komandamız qələbə qazanacaqdı. Bu hadisəni özümüzə qarşı hörmətsizlik sayırıq. Biz zəifiksə, indidən desinlər ki, sizi bu yolla çempionatdan çıxaracağıq. Ola bilər maliyyə problemimiz olsun. Yerli futbolçulardan qurulmuş komandadı. Onlara qarşı hakimlər tərəfindən vurulan bu zərbə qanunsuzluqdu. Belə davam etsə, 5-ci turdan sonra çempionat dayandırılacaq. Birinci dəfə deyil ki, belə hadisə yaşanır. Bu hallar növbəti turlarda da təkrarlanacaq.
- Yan xətt hakimi Namiq Hüseynov matçın gedişində baş məşqçiniz Tərlan Əhmədovla mübahisəyə girişib. Onun baş məşqçini söhbətə çağırması sizcə, özbaşınalıq deyil?
- Bu adam lotuluq edir. Görünür, Hakimlər Komitəsi bunlara tərbiyə verməyib, o insanda etika deyilən şey yoxdu. “Pro” lisenziyalı məşqçiyə qarşı lotuluq edir, deyir ki, çıxarsan, oyundan sonra söhbət edərik. Bura sirkdi, nədi? Bircə qalmışdı əlindəki taxta ilə baş məşqçini vursun.
- Ruslan Nəsirlinin qırmızı vərəqə aldığı epizodda necə, hakim haqlı idimi?
- Əlbəttə, haqsız idi. Necə olur ki, hakimi itələyənə sarı, futbolçunu itələyənə qırmızı vərəqə göstərirlər? Rəhim Həsənov görmədiyi epizodla bağlı necə belə rahat “qırmızı” çıxarır, başa düşə bilmirəm. O, ya dördüncü hakimin sözünə, ya da futbolçuların yaratdığı səs-küyə əsasən belə qərar verdi. Ruslan Nəsirlinin bu hərəkəti sarı vərəqəlik idi. Həsənov özü bunu görsəydi, “sarı” verəcəkdi.
- Bu məsələlərlə bağlı AFFA-ya müraciət edəcəksinizmi?
- Müraciət etsək belə, oyunu yenidən keçirəsi deyillər ki. Amma AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova mesaj göndəririk. Ondan xahiş edirik ki, 3 hakim - Rəhim Həsənov, Ramil Diniyev və Namiq Hüseynov ciddi şəkildə cəzalandırılsın. Onlara ən azı 10-15 turluq cəza verilməlidi. Ad çəkmək istəmirəm, penalti verdiyi üçün bir hakimi ömürlük futboldan uzaqlaşdırmışdılar. Elədisə, Ramil Diniyevə nə etməlidilər? Biz haqqımızı tələb edəcək, bu məsələni sona qədər gündəmdə saxlayacağıq. Ancaq onlar sayılmayan qola bir don geydirəcəklər. Deyəcəklər ki, “CBC Sport”un kamerası pis göstərir, toplar təzədi, onun ipi xəttin üstünə düşmüşdü. Xaqani Məmmədov bu məsələni ört-basdır eləmək üçün nəsə fikirləşəcək.
- Necə düşünürsünüz, Hakimlər Komitəsinin səhvə yol verən hakimləri həmişə müdafiə etməsi referilərdə özündənrazılıq yaratmır?
- Bilirsiniz necədi, Hakimlər Komitəsi sponsorların yarısını futboldan uzaqlaşdırır. Adını da qoyuruq maliyyə problemi. Xaqani Məmmədova böyük hörmətim var. Əgər o, düşündüyüm kimi mərd insandısa, bu hakimləri 10-15 turluq cəzalandırmalıdı. Belə etməsələr, deməli, ssenarini özləri qurublar və bu işdə əlləri var. Əgər bu hakimlər sərt cəzaya məruz qalsalar, hamının Xaqani Məmmədova hörməti artar.
Mənbə: apasport.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























