Ölkə futbolu
Qurban Qurbanov: “İlk oyun mənim üçün digərlərindən daha vacibdir”
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünən "Zirə"ylə yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı Ağdam klubunun rəsmi saytında yer alan müsahibəni təqdim edir:
- Əlbəttə ki, çatışmazlıqlar var. İndi elə bir dönəmdi ki, mütləq çatışmazlıqlar olacaq. Düşünürəm ki, bir neçə oyun bunu hiss edəcəyik. Hər hansı bir formada əksiklərimizi aradan qaldırmağa çalışacağıq. Ümumi durum isə pis deyil.
- Bu oyunda əsas narazılığınız nə oldu?
- Bu gün üçün ümumi narazılığım var, futbolçuların həm fiziki hazırlığı, həm texniki-taktiki hazırlığı normal deyil. Futbolçu öz formasını tam bərpa etmədikdə səhvlər çox olur. Ayrı-ayrı oyunçuların səhvləri komanda şəkilində təsir edir. Buna normal baxıram və ən başlıcası budur ki, futbolçular bunu dərk edirlər, tapşırıqları düzgün yerinə yetirməyə çalışırlar. Bəzi səhvlər və top itkiləri normaldı. Bu həftə məşqlərimizi sırf yarış tipində keçirəcəyik və tam fərqli bir sistemdə çalışacağıq. Düşünürəm ki, "F91 Düdelanj"la oyuna kimi futbolçuların durumu daha da yaxşılaşacaq. Həm fiziki, həm də taktiki hazırığımız daha ideal olacaq.
- Bu mərhələdə yoxlama oyunları və fiziki yükləmələr futbolçularda yorğunluq yarada bilər. Bu narahatlıq sizdə varmı?
- Narahatlığımız daha çox bu məqamlardandı. Futbolçu belə anlarda psixoloji cəhətdən daha da hazır olmalıdı. Bu dəqiqə psixoloji hazlırlıq cəhətdən daha çox çalışmalıyıq və bunun da üzərində işləyirik.
- Ansi Aqolli Fransada təşkil olunan Avropa çempionatından birbaşa "Qarabağ"ın düşərgəsinə qoşulub. Onun üçün istirahət etməməyin hər-hansı bir problemi yoxdur?
- Ansi peşəkar futbolçudu və hər şeyi çox gözəl dərk eləyir. İlk günlərdə müəyyən qədər yorğunluq hiss olundu, həm də Avropa çempionatının atmosferindən çıxmamışdı. Əvvəlki yoxlama oyununda 45 dəqiqə oynamışdısa, bu gün daha çox oynadı. Ansi "Zirə" ilə oyunda özünü yaxşı tərəfdən göstərdi və sübut etdi ki, qarşıdakı turnirə hazırlaşır.
- Çempionlar Liqasının qrup mərhələsini hədəfləyən komanda üçün belə hücum xətti yetərlidimi?
- Bəlkə hücum xəttimiz bu günə kimi yetərli olub. Dəfələrlə demişəm ki, hücumçu axtarırıq. Hətta 2 hücuçmu ilə güclənməyimizi çox istəyirəm. Böyük turnirlərdə əlimdə bir yox, daha çox oyunçunun olması əlavə üstünlükdü. Əfsuslar olsun ki, biz bu gün bunu əldə edə bilmirik. Bəzi danışıqlar və axtarışlar davam edir. Bizdən asılı olmayan nüanslar var, buna görə də bunu yerinə yetirə bilmirik.
- Nüanslar bizim çempionatın zəif olması ilə əlaqədardı, yoxsa istədiyiniz hücumçunu tapa bilmirsiniz?
- Yox, burda çempionatın heç bir rolu yoxdu. İndi Avropada da bəzi ölkələrdə durum çox yaxşı deyil. Bəzən elə anlar olur ki, klubu nəzərə almalıyıq. 100 faiz hazır olan futbolçunu komandaya gətirməyə çalışmalıyıq. Bu günə kimi səhvlərimiz də, qüsurlarımız da olub. Çalışırıq ki, səhvlər etməyək. Çünki bizim digər klublar kimi böyük büdcəmiz yoxdu. Buna görə doğru qərar verməyə çalışırıq. Bəzi futbolçular da düşündüyümüzdən qat-qat çox maliyyə istəyirlər.
- Bəziləri "Qarabağ”ı artıq üçüncü mərhələdə görürlər. Bu, sizin işinizə problem yaradırmı?
- Bu, həmişə bizim işimizə problem yaradır. Necə yaradır, biz buna normal baxırıq və bütün fikirləri normal qarşılayırıq. Dəfələrlə demişəm ki, ilk oyun mənim üçün digərlərindən daha vacibdi və daha çətindi. Çünki futbolçuların tam hazır olması və oyuna köklənməsi daha vacibdi. Bu məsələləri normal qəbul etməliyik.
- Qapı xəttini də gücləndirmək fikriniz var?
- Axtarışdayıq. Planımızda belə bir şey var. Çalışırıq, daha bir qapıçı komandamıza cəlb edək.
- Avstriyadakı təlim-məşq toplanışını tez başa vurmağınızın səbəbi nə oldu?
- Çempionlar Liqasında ilk oyunumuzun evdə olması. Həm də Respublika stadionuna uyğunlaşmağımız. Sonuncu dəfə burada kubokun finalında oynamışıq, ondan əvvəl isə uzun müddət idi ki, bu arenada oynamırdıq. Futbolçuların mühitə uyğunlaşması da bu qərarı qəbul etməkdə rol oynadı.
- Meydançanın ot örtüyündən bir şikayətiniz yoxdur?
- Yox, normaldı. Havaların çox isti olmasına görə, bir az çatışmazlıqlar var. Amma düşündüyümüzdən daha yaxşıdı. Bir-iki oyun oynadıqdan sonra, ot örtüyü istədiyimiz kimi olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























