Ölkə futbolu
Fariz Nəcəfov: “Qəbələ” kimi klub uğursuzluğun səbəbini hakimdə axtara bilməz”
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Futbolxeber.az saytına müsahibə verib.
- “MMA FIGHTING SERİES” yarışları çərçivəsində II turnirdə “Qəbələ”nin 3 döyüşçüsü rinqə çıxdı. Canlı olaraq izlədiyiniz döyüşləri necə qiymətləndirirsiz?
- “Qəbələ” klubu futbolla yanaşı, digər idman növlərinin də inkişafının tərəfdarıdır. MMA Azərbaycan üçün yeni, amma çox pupulyarlaşan idman növüdür. “Qəbələ” klubunun bu idman növü üzrə də döyüşçüləri var. Biz də həmin idmançılara dəstək oluruq. Budəfəki yarışın təşkilatçılığını da “Qəbələ” klubu edirdi. Hər şey yaxşı alındı. 3 təmsilçimiz rinqə çıxdı. Onlardan ikisi qələbə qazandı və biri məğlub oldu. Növbəti yarışlarda daha uğurlu çıxış edəcəyimizə inanıram.
- Bildiyimizə görə, “MMA FIGHTING SERİES” yarışları çərçivəsində III turnir Qəbələdə baş tutacaq...
- Bəli, növbəti turnir iyulda Qəbələdə baş tutacaq. Yarışın açıq havada keçirilməsi planlaşdırılıb.
- Olimpiya oyunlarına lisenziya xarakterli boks turnirinin də iyunda Bakıda deyil, Qəbələdə keçiriləcəyi haqda yayılan xəbərlər nə dərəcədə doğrudur?
- Bu haqda dəqiq məlumatım yoxdur. Bu işlə boks federasiyası məşğul olur, biz yox.
- Keçək futbola. “Qəbələ”nin son turlardakı uğursuz çıxışının səbəbini nədə görürsüz?
- Bu dəqiqə futbol bizim ən ağrılı yerimizdir. Komandanın son turlardakı uğursuz çıxışı davam edir. Lakin bu uğursuzluqla bağlı ciddi bir səbəb tapa bilmirik. Hər oyunda bərbad oynadığımızı deməzdim. Bəzi oyunlarda bəxtimiz gətirmir. Komanda yaxaladığı imkanları dəyərləndirə bilmir. Məni ən çox narahat edən odur ki, problemin nədən qaynaqlandığı tapa bilmirik. Halbuki problemin kökünü tapa bilsək, araşdırıb həll edərik. Bununla belə, yenə də komandaya inanırıq. Medallar uğrunda sona qədər mübarizə aparacağıq.
- Artıq çempionluq real görünmür. Söyləmək olar ki, “Qəbələ”nin hazırda əsas hədəfi ölkə kubokunu qazanmaqdır?
- Çempionluq əldən gedib. Bu, birmənalı şəkildə belədir. Məncə, ikinci yeri tutmağımız da çətindi. Amma bürünc medallara sahib çıxa bilərik. Ona görə də üçüncü yer uğrunda sona kimi mübarizə aparmalıyıq. Digər hədəfimiz də ölkə kubokunu qazanmaqdır. Düşünürəm ki, komandanın gücü hər iki cəbhədə mübarizə aparmağa imkan verəcək.
- Qışda Roman Qriqorçukla yeni müqavilə imzalananda o bildirmişdi ki. əsas hədəf mövsümü titulla başa vurmaqdır. “Qəbələ” istəyinə çatmasa, necə olacaq?
- Təbii ki, mövsümü tiltulsuz başa vursaq, məyus olacağıq. Bu nəticə rəhbərliyi qane etməyəcək. Klub rəhbərliyi, məşqçilər, futbolçular - hamı istəyir və əlindən gələni edir ki, “Qəbələ” mövsümü titulla başa vursun.
- Son turda “Sumqayıt”la oyundan sonra Qriqorçuk hakimlərdən narazılığını sərt şəkildə bildirdi. Uğursuzluğun səbəbini hakimlərlə bağlamaq olar?
- Baş məşqçimizin hakimliklə bağlı danışmağa haqqı var. Çünki hakim ədalətsizliyi ilə tək “Sumqayıt”la oyunda rastlaşmamışıq. Narazılıqlar hissə-hissə yığılmışdı və son oyunda partladı. Qriqorçuk hakimlərlə bağlı bizə də şikayət edib. Lakin “Qəbələ” kimi klub uğursuzluğun səbəbini hakimdə axtara bilməz. Bütün uğursuzluğu hakimlərin üstünə yıxmaq fikrində deyiləm. Amma o da düzdür ki, “Sumqayıt”la oyunda hakim qələbəmizə mane oldu. Buna qədər də ciddi hakim səhvləri ilə qarşılaşmışıq. Qriqorçukun hakimlərdən şikayətlənməyə haqqı çatır. Demirik ki, hakimlər bizə kömək etsinlər. Qoy, ədalətli hakimlik olsun.
- Hakimlərin idarəçiliy ilə bağlı hər hansı bir şəkildə etiraz bildirməyiniz mümkündür?
- Dəfələrlə etiraz etmişik. Amma bu, birinci və axırıncı hal deyil. Hakimlərin daha kobud səhvləri də olub. Cəzalansalar da, bunun bir xeyri olmur.
- Uğursuzluq olanda klub haqda müxtəlif xəbərlər yayılır. Son günlər klub prezidenti Tale Heydərovun nəticələrdən narazı qaldığı və mövsümün sonunda büdcəni azaldacağı barədə xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur?
- Bu barədə klub prezidenti mənə heç nə deməyib. Elə şey olsaydı, xəbərim olardı. Əgər belə bir fikrə düşübsə, haqqı var. Qoyulan büdcəylə komanda titul əldə etməlidir. “Qəbələ” uğurlu çıxış etməyə borcludur.
- Roman Qriqorçukun qurduğu heyət də birmənalı qarşılanmır...
- Biz baş məşqçinin işinə qarışa bilmərik.
- Qışda transfer olunan Pavel Paşayevin hələ də rəsmi debüt etməməsi birmənalı qarşılanmır. Bu haqda nə deyə bilərsiz?
- Biz Paşayevi komandaya gətirmişdik ki, rəqabət artsın. Komandamızda müdafiənin cinahlarında azərbaycanlılar oynayır. Həmin mövqedə mütləq yerlilər olmalıdır. Başqa yerdə yerli futbolçulara şans vermək şansımız azdır. O ki qaldı Paşayevin oynamamasına, bu suala baş məşqçi dəqiq cavab verə bilər. Amma onu da deyim ki, hər oyuna kim daha hazırdısa, o da meydana çıxır. Bu gün Arif, Məhəmməd, Ürfan oynayırsa, deməli daha hazırlıqlıdırlar. Futbolçu heyətə düşə bilmirsə, günahı özündə axtarmalıdır.
- Roman Qrioqorçukun Pavel Paşayevlə prinsip apardığı da söylənilir...
- Yox, bu mümkün deyil. Çünki Qriqorçuk prinsipi olduğu futbolçunu dərhal komandadan uzaqlaşdırır. Daha əvvəl də bunun şahidi olmuşuq.
- Yayda müqaviləsi bitəcək futbolçularla artıq danışıqlara start vermisiz?
- Bəzi futbolçularla qışda müqaviləni artırmışdıq. Hazırda kimlərin gedib, kimlərin komandada qalacağı haqda danışmaq tezdir. Qarşıda hələ 10-a yaxın oyun var.
- “Qəbələ”nin idman direktoru Toni Adamsın Danimarkanın "Bröndbyu” klubunu çalışdıracağı haqda xəbələr yayılıb. Adams bununla bağlı sizə hər hansı məlumat verib?
- Bu xəbərləri mətbutdan oxumuşam. Onunla bu haqda danışmamışıq. Yəqin ki, bu xəbər düz olsaydı, Toni bizi xəbərdar edərdi. Adams “Qəbələ” və “Bröndbyu” arasında uşaq futbolu ilə bağlı əməkdaşlığa görıə danimarkalılarla danışıqlar aparıb. Bəlkə də xəbərlər elə ondan qaynaqlanır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Şeydayevin yeni klubu müəyyənləşdi
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
- Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
-
23:59
Murad Məmmədov “Pafos”da qol hesabını açdı: “Zalsburq”u məyus etdi
-
23:45
“Tvente” “Qarabağ”a rəqib oldu
-
23:32
Emreli oynadı, komandası mərhələ adladı
-
23:16
“Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik”
-
22:58
Qurban Qurbanov: “Vacib qələbə qazandıq”
-
22:27
“Dinamo”nun baş məşqçisi: “Qarabağ” bütün imkanlardan maksimum yararlandı”
-
22:01
“Qarabağ” pley-offa yüksəldi
-
18:13
"Kəpəz"də yeni müqavilə
-
18:00
Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək
-
17:34
“Sumqayıt” - “Neftçi” matçının biletləri sabah satılacaq
-
17:22
Azərbaycan paracüdoçuları Avropa çempionatında iştirak edəcəklər
-
16:49
“Qarabağ” - “Dinamo" oyunundan öncə fan-zona təşkil ediləcək
-
16:15
İspaniya Superkubokunun oyunları İstanbulda keçiriləcək
-
15:51
Çexiya millisinin sabiq kapitanı Azərbaycan klubunda
-
15:26
Azərbaycanın velosiped milliləri Gədəbəydə təlim-məşq toplanışına başlayıblar
-
15:07
"Şəfa" daha bir legioner transfer etdi
-
14:48
"Araz-Naxçıvan" onu geri qaytardı
-
14:33
“Qarabağ”ın matçı ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdiriləcək
-
13:14
“Neftçi” heyətini amerikalı ilə gücləndirib
-
12:59
"Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
-
12:42
Azərbaycan Premyer Liqası: ilk turun hakim təyinatları açıqlandı
-
12:25
Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub
-
12:00
Yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub
-
11:51
Mikels Malta klubuna keçdi
-
11:36
Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
-
11:18
“Səbail” Türkiyə klubu ilə qarşılaşacaq
-
11:03
"Gəncə" 3 basketbolçusu ilə yollarını ayırıb
-
10:44
Voleybol millimiz Belarusa qalib gəlib
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
Xavinin yeni iş yeri müəyyənləşdi
-
09:52
Millimiz Qazaxıstana uduzub
-
21:24
"Qarabağ" azarkeşlərindən komandaya möhtəşəm dəstək VİDEO
-
18:59
Dünya Güləş Birliyi Bakıdakı tədbiri yüksək qiymətləndirib
-
18:30
Matvey Ponomarenko: “Qarabağ”la oyunda məqsədimiz qələbədir”
-
18:12
"Dinamo"nun baş məşqçisi: "Qarabağ" avrokuboklarda təcrübəlidir"
-
17:45
“Neftçi”də iki yeni müqavilə
-
17:28
“Şəfa” braziliyalı hücumçu transfer etdi
-
17:03
U-20 dünya çempionatında iştirak edəcək güləşçilərimiz açıqlanıb
-
16:36
Hidayət Heydərov və Nizami İmranov Niderlandda Olimpiya Təlim Düşərgəsinə qatılıblar
-
16:11
Dünya çempionatında iştirak edəcək yeniyetmə cüdoçularla görüş keçirilib
-
15:57
"Çelsi"dən müdafiəçi transferi
-
15:24
"Gəncə" türkiyəli mütəxəssislə vidalaşıb
-
15:00
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
-
14:49
"Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı açıqlandı
-
14:12
Qurban Qurbanov: “Yaxşı nəticə qazanmaq istəyiriksə, texniki səhvlər azalmalıdır”
-
13:35
AMADA Azərbaycan Voleybol Federasiyasında maarifləndirici tədbir keçirib
-
12:58
"Şəfa"dan daha 4 transfer
-
12:23
"Orxus"un futbolçusu: "Oyunumuz çox bərbad idi"
-
11:06
"Hapoel" "Sabah"a belə rəqib oldu VİDEO
-
10:41
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
13.08.2026
12.08.2026
























