25 Oktyabr 2026, Bazar günü
Millimiz Andoraya qalib gəldi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi

Ölkə futbolu

“Xəzər Lənkəran”ın futbolçusu məşqə buraxılmır

Azərbaycan Premyer Liqasının XXX turunda “Zirə”nin qonağı olacaq “Xəzər Lənkəran” bu oyuna itki ilə çıxacaq. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, “ağ-yaşıllar”ın hücumçusu Elfad Baləhmədovun paytaxt klubu ilə matçı buraxacağı böyük ölçüdə dəqiqləşib.

“Neftçi” ilə görüşdə qaşı partlayan Baləhmədov fasilədə əvəzlənmək məcburiyyətində qalmışdı. Elfadın durumunun ciddi olmadığı güman edilsə də, 18 yaşlı futbolçu hələ də məşqlərə başlaya bilməyib.

Gözü şişən Baləhmədovun məşqlərdə iştirak etməsinə həkimlər icazə vermirlər. “Zirə” ilə oyuna cəmi 2 gün vaxt qaldığını nəzərə alsaq, Elfadın bu görüşü buraxmaq ehtimalının yüksək olduğunu deyə bilərik.

Cənub klubunun digər futbolçularla bağlı isə problemi yoxdu.

Qeyd edək ki, aprelin 17-də keçiriləcək “Zirə” - “Xəzər Lənkəran” qarşılaşması saat 16:30-da start götürəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31